“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Biz hamımız istəyirik ki, Tofiq Yaqublu azadlığa çıxsın“ - Siyavuş Novruzov

Tarix 10.09.20, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Tofiq Yaqublunun azad olunması ilə bağlı hakimiyyətlə aparan danışıqlar ümidvericidir. Biz hamımız istəyirik ki, o azadlığa çıxsın.

AzFakt.com-un xəbərinə görə, bunu Tofiq Yaqublunun azadlığa çıxması üçün yaradılan İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfərovlu Qarabağ qazisi Tofiq Yaqublunun həbsdən azad edilməsi ilə bağlı hökumətlə aparılan danışıqlar barədə danışarkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda İşçi Qrupunun digər üzvü Çingiz Qənizadə də bütün kanalları işə salaraq aidiyyəti üzrə danışıqlara başlayıb:

“Çalışırıq ki, bütün əhatəli insanlarla söhbət aparaq. Bu məsələnin Apellyasiya Məhkəməsində həll olunmasına çalışırıq. Əliməmməd Nuriyev də bu məsələ ilə məşğuldur”.

Novella Cəfəroğlu bildirib ki, nəticələr ümidvericidir:

“Millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa da Tofiq Yaqublunun azadlığa çıxması üçün çağırış edib. Hökumət daxilində bunu istəyənlər var. Hətta YAP-çı millət vəkili, Milli Məclisin komitə sədri Siyavuş Novruzov da hesab edir ki, Tofiq Yaqublu Qarabağ qazisi olduğu üçün həbsdə qalmamalıdır”.

Qeyd edək ki, İşçi Qrup Tofiq Yaqublunun Qarabağ qazisi və səhhətində problemlər olduğunu nəzərə alaraq, onun həbsxanadan azad edilməsinə çalışır.(Pravda.az)



Xəbərin oxunma sayı : 1300




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap