Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO
Axtar
 
  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

  • / Maqazin / — 17 Avqust 2020

    Nigar Camal qızları ilə bağ evində, hovuzda... - VİDEO

  • / Maqazin / — 14 Avqust 2020

    “Həyatımdakı şəxs məni maddi təmin edir“ - Təranə

İsveçrə razılığa gəldi - Gülnarənin 131 milyonu qaytarılır

Tarix 14.09.20, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


İki ölkə arasında imzalanan müqavilə çərçivəsində, Özbəkistanın birinci Prezidentinin qızı Gülnarə Kərimovanın İsveçrə hesablarından çıxarılan 131 milyon dollarlıq vəsait Özbəkistana qaytarılacaq.

AzFakt.com xəbər verir ki, bu barədə İsveçrə hökuməti açıqlama yayıb. Bildirilib ki, İsveçrə və Özbəkistan cinayət işlərindən biri çərçivəsində Gülnara Kərimovanın hesablarından müsadirə olunan vəsaitlərin qaytarılması şərtləri barədə razılığa gəliblər. Tərəflər tərəfindən imzalanan müqavilə, eyni zamanda geri qaytarmanın əsas prinsiplərini müəyyənləşdirir.

İsveçrə hökumətinin verdiyi açıqlamada 131 milyon dollarlıq aktivlərin Özbəkistan xalqının yaşayış şəraitinin yaxşılaşdırılması üçün istifadə edilməli və respublikanın davamlı inkişafını dəstəkləyən layihələrə investisiya edilməli olduğu bildirilib. Nazirlər Kabineti qeyd edib ki, Özbəkistan bu vəsaitlərin xərclənməsinə şəffaf və hesabatlı şəkildə nəzarət etməlidir.

Bildirilib ki, hazırda Kərimovaya qarşı açılan cinayət işləri üzrə daha 650 milyon İsveçrə frankı (715 milyon dollar) dondurulmuş vəziyyətdə qalmaqdadır. İsveçrə hökuməti qeyd edib ki, bu vəsaitlər Özbəkistana qaytarılacağı təqdirdə, qaytarılma şərtləri dəyişməz olaraq qalacaq.

Xatırladaq ki, 2012-ci ildə İsveçrə Baş Prokurorluğu Gülnarə Kərimovanın təxminən 800 milyon İsveçrə frankı dəyərindəki əmlakını dondurmuşdu. Bu fondların bir hissəsi - təqribən 131 milyon dollar isə 2019-cu ildə müsadirə edilmişdi. 2015-ci ilin avqust ayında Kərimova qəsb və vergidən yayınmaqda günahlandırılmış və 2017-ci ilin dekabrında 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

18 martda Özbəkistan məhkəməsinin yeni qərarı ilə onun həbs müddəti 13 il 4 aya qaldırılıb. /“Qafqazinfo”



Xəbərin oxunma sayı : 550

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda