Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“DET-AL Alüminium” MMC-dən “Alva Donna” Şirkətlər Qrupuna uzanan yol - Araşdırma

Tarix 23.09.20, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Sərxan Babayevin Türkiyədə nəzarət etdiyi otellər və ticarət mərkəzi hansı azərbaycanlı məmura məxsusdu?


Azərbaycanlı məmurların irimiqyaslı korrupsiya əməlləri sayəsində əldə etdikləri pullar hesabına xarici ölkələrdə daşınmaz əmlak almaları və biznes şəbəkəsi qurmaları adi hala çevrilib.

Son illərdə məmurlarımızın qardaş Türkiyədə böyük şirkətlər yaratmaları haqda xəbərlər xeyli artıb. Ötən ay azərbaycanlı qanuni oğlu “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Türkiyənin Antalya şəhərində sui-qəsd nəticəsində öldürülməsi daha bir məmurumuzun çoxmilyonluq əmlakının üzə çıxmasına səbəb oldu.

Söhbət Antalya şəhərində yerləşən “Alva Donna” Şirkətlər Qrupuna məxsus otellərdən və “Shemall” alış-veriş mərkəzindən gedir. Qeyd edək ki, Antalyanın Bələk, Kəmər və Sidə deyilən ərazilərində yerləşən 3 dəbdəbəli otel məhz “Alva Donna” Şirkətlər Qrupuna daxildir. Türkiyə mətbuatı hələ illər əvvəl “Alva Donna” Şirkətlər Qrupunun əmlakını yüz milyon manata yaxın qiymətləndirmişdi.

Yenicag.az xəbər verir ki, Antalyanın dəbdəbəli 3 “Alva Donna” oteli ilə şəhərin mərkəzində yerləşən “Shemall” alış-veriş mərkəzinin sahibi Türkiyədə azərbaycanlı iş adamı kimi tanınan Sərxan Babayevdir.

Bildirək ki, 2019-ci ildə Türkiyə mətbuatında iş adamı Habil Nadiroğlunun Antalyanın Bələk, Kəmər və Sidə ərazilərində yerləşən 3 “Alva Donna” otelini, həmçinin Antalya şəhərinin mərkəzində yerləşən “Shemall” alış-veriş mərkəzinin hissələrinin hamısını rus ortaqları Sərxan Babayevlə Seyran Həsənova satması barədə məlumat yayıldı.

Ancaq həmin xəbərdən iki gün sonra “Alva Donna” Şirkətlər Qrupu mətbuata açıqlama verərək, səhmlərinin Biləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatda olan “Vertex İnverstments Limited” şirkətinə satıldığını açıqladı. Həmçinin açıqlamada “Vertex İnverstments Limited” şirkəti tərəfindən “Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayevin təyin edildiyi bildirildi.

İlk öncə rus iş adamı, sonra isə azərbaycanlı iş adamı kimi Türkiyə mətbuatının gündəminə düşən Sərxan Babayev, əslində, kimdir? Yenicag.az xəbər verir ki, əslən Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev ölkənin ən böyük metallurgiya kompleksi “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib.

Ölkə mətbautında “DET-AL Alüminium” MMC haqqında çıxan xəbərlərdə Sərxan Babayevin 2019-cu ilə qədər bu qurumun rəhbəri vəzifəsində çalışdığı qeyd olunub. Bununla belə, 2019-cu ildən bu yana Sərxan Babayevlə bağlı hər hansı bir xəbərə rast gəlmək olmur.

Bu isə Sərxan Babayevin “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə “Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi ilə üst-üstə düşür.

Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, 2016-ci ildən “Alva Donna” Şirkətlər Qrupununun səhmlərinin bir hissəsini Sərxan Babayevlə Seyran Həsənov alıblar. Bu iki şəxs Azərbaycanda kifayət qədər yüksək post tutan və ciddi təsir imkanlarına malik olan fiqurlardan birrinin yaxın adamlarıdır.

Xatırladaq ki, “Det-Al” Aluminium Kompleksinin açılışı 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub və obyekt istifadəyə verilib. Rəsmi məlumata görə, müəssisədə 1400 nəfər işlə təmin edilib. Kompleksdə istehsal gücü 50 min ton olan iki zavod – “Metaltökmə, fasiləsiz metal yayma” və “Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərir.

Ancaq 2016-ci ildə ölkə mətbuatında “DET-AL Alüminium” Kompleksinin öz fəaliyyətini dayandırmasına dair xəbərlər yayılıb. Lakin kompleksə nəzarət edən yuxarıda personası xatırladılan yüksək məmur “DET-AL Alüminium”un fəaliyyətini heç də tamamilə dayandırmadığını bildirib.

Sözügedən komplekslə bağlı daha bir mühüm detal bundan ibarətdir ki, “Det-Al Alüminium” zavodu Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına inşa edilib. Yəni zavodun götürdüyü kreditlərə dövlət (Maliyyə Nazirliyi) zamin durub və kompleksin borcları dövlət hesabına ödənilib. ABB bankrot elan edildikdən sonra həmin bankın maliyyələşdirdiyi müəssisələr heç bir əsas olmadan müxtəlif yollarla ABB-nin nəzarətindən çıxarılıb.

Sərxan Babayevin 2019-cu ildə qəflətən Türkiyədə peyda olaraq, “Alva Donna” Şirkətlər Qrupu İdarə Heyyətinin sədri təyin edilməsi isə onu göstərir ki, dövlət büdəcəsindən “Det-Al Alüminium” zavoduna ayrılan vəsaitlər və kompleksin gəlirlərinin bir hissəsi “Alva Donna” Şirkətlər Qrupunun alınmasına xərclənib.

Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, “Alva Donna” Şirkətlər Qrupunun əsas səhmdarı, əslində, həmin yüksək məmurdur.







Xəbərin oxunma sayı : 1075




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap