Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kafe və restoranlar yenidən bağlanacaqmı? - Açıqlama

Tarix 25.09.20, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib. 

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsindəki “Təhlükəsiz Qida” adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əgər koronavirusa yoluxma sayı kəskin artsa, idarəolunmaz səviyyəyə gəlib çatsa, sağalma sayını kəskin üstələsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: “Düzdür, artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son göstərişində məsələ bundan ibarətdir ki, sosial məsafə gözlənilsin, maskadan istifadə olunsun və şəxsi gigiyena qaydalarına riayət edilsin. Bütün bunlar məsələnin böyük hissəsini həll edir. Əgər hər kəs öz üzərinə düşən vətəndaş məsuliyyətini yerinə yetirsə, yoluxma sayı da azalacaq, eyni zamanda məhdudlaşmaların tətbiqinə zərurət də olmayacaq. Məsələyə yeni əldə edilmiş təcrübə ilə daha liberal yanaşıla bilər, amma burada son sözü Nazirlər Kabineti və Operativ Qərargah deyir”.



Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap