Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Livanın Baş naziri istefa verdi və üzrxahlıq etdi:“Mən üzr istəyirəm...“

Tarix 26.09.20, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Livanın Baş naziri Mustafa Adib istefa verib.

APA-nın “Al-Hadath”telekanalına istinadən verdiyi xəbərə görə, Baş nazir Mustafa Adib yeni hökumət kabineti qurmaqdan imtina etdiyi və postundan istefa verdiyini açıqlayıb.

“Mən üzr istəyirəm… Siyasi bloklar kabinetin formalaşdırılması naminə razılaşmanı pozdular. Onlar hökumətin qurulması prosesini siyasiləşdirməkdən vaz keçmədilər”, deyə Mustafa Adib prezident Mişel Aun ilə görüşdən sonra bildirib.

Mustafa Adib Livanda vəziyyəti sabitləşdirmək üçün Fransanın təşəbbüslərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb: “Biz Livanı xilas etmək üçün Fransa Prezidenti Emmanuel Makronun siyasi böhranın həlli ilə bağlı təşəbbüsünü həyata keçirməyə davam etməliyik”.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Livanda hökumətin istefasını tələb edən kütləvi aksiyalar keçirilib. Nəticədə Livan hökuməti istefa verib. Daha sonra 2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Adibin ölkənin Baş naziri postuna namizədliyi irəli sürülüb, Livanın keçmiş Baş naziri və ölkənin ən böyük sünni partiyasının lideri Saad əl-Həriri, Hizbullah hərəkatı və Valid Cumblattın lideri olduğu Proqressiv Sosialist Partiyası onun namizəliyini dəstəkləyib. Parlamentdə də namizədliyi böyük səs çoxluğu ilə dəstəklənən Mustafa Adib avqustun 31-də Prezident Mişel Aun tərəfində bu posta təyin olunub.




Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap