Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Berdıməhəmmədov ömürlük prezident olur? – Türkmənistan konstitusiyası dəyişdirilir

Tarix 26.09.20, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Türkmənistanın avtoritar lideri Qurbanqulu Berdıməhəmmədov konstitusiyaya dəyişiklikləri imzalayıb. Sərt nəzarətdə olan bu ölkədə sənədin detalları tam bəlli deyil. Dövlət mediası sentyabrın 25-də Xalq Şurası və deputatların təsdiqindən sonra Berdıməhəmmədov dəyişiklikləri imzalaması barədə xəbər yayıb. Prezident özü bir il öncə bu təkliflə çıxış etmiş, layihəni hazırlayan komissiyaya da özü başçılıq edirdi.

Türkmənistan vətəndaşlarının dəyişikliklərin konkret mahiyyətindən xəbəri yoxdur. Bircə bilinən odur ki, təkpartiyalı parlament olan Məclis Xalq Şurası ilə birləşəcək və ikipalatalı qurum yaradılacaq.

Xalq Məsləhəti adlışura 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında təsis olunub. Berdıməhəmmədov bu orqanın da sədridir.

Tənqidçilərin sözlərinə görə, Berdıməhəmmədov dəyişikliklərdən istifadə edərək özünün ömürlük prezidentliyini, sonucda hakimiyyətin oğluna və nəvələrinə keçməsini təmin etmək istəyir. Bu ayın əvvəlində onlarla türkmənistanlı Vaşinqtonda, Hyuston və Pitsburqda yürüşlərə çıxaraq plana etiraz ediblər

Hökumətin tənqidçiləri və insan haqları qrupları 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdıməhəmmədov narazıları susdurduğunu, ölkədəçox az dəyişikliklər etdiyini deyirlər. 

Berdıməhəmmədov da mərhum sələfi kimi hakimiyyətinin saxlanmasında əsas məhsul və xidmətlərin əhaliyə güzəştli qiymətə satılmasından yararlanıb.



Xəbərin oxunma sayı : 514




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap