Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan Premyer Liqası: “Səbail” qələbə qazanıb

Tarix 26.09.20, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

Azərtac xəbər verir ki, ikinci oyun gününün birinci qarşılaşmasında “Səbail” klubu “Sabah” komandasını qəbul edib.

“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı qonaqlar açıb. Matçın 27-ci dəqiqəsində Ramil Şeydayev hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra “Səbail” geri dönüş edərək ardıcıl iki dəfə fərqlənməyə nail olub. Qolları müvafiq olaraq Əfran İsmayılov (56) və Rauf Əliyev (71) vurublar.

Hazırda “Sabah”ın 4 oyundan 9, “Sabah”ın isə 3 xalı var.

İndiyədək yerli çempionatda 7 dəfə üz-üzə gəlmiş komandaların duelində qonaqlar 3, meydan sahibləri 2 qələbə qazanıblar. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də “Sabah”ın xeyrinədir – 9:7. Visente Qomesin başçılıq etdiyi komanda son 4 oyunda rəqibinə uduzmayıb. “Səbail” isə son iki ev matçında qol vurmağı bacarıb.

Günün digər oyununda “Keşlə” “ASK Arena”da “Zirə”ni qəbul edəcək. Hazırda Yunis Hüseynovun rəhbərlik etdiyi komanda 5 xalla 5-cidir. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə 4 xalla 6-cı yerdə gedir.

Qeyd edək ki, tura sentyabrın 25-də start verilib. Son çempion “Qarabağ” səfərdə “Sumqayıt”a heç-heçə edib.




Xəbərin oxunma sayı : 331




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap