Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezident Təhlükəsizlik Şurasını topladı: “Biz haqq yolundayıq”

Tarix 27.09.20, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti açıqlama yayıb.

İclasda Prezident deyib ki, bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib.

“Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir də demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik. Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisində heç bir hədəfi yoxdur, ancaq öz torpaqlarımızı işğalçılardan azad edəcəyik”, – Ali Baş Komandan əlavə edib.

Daha sonra Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə cəbhədəki vəziyyətlə bağlı məruzə edib. Nazir 7 kəndin düşməndən azad edildiyini bildirib.

Prezident İlham Əliyev kəndlərin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”



Xəbərin oxunma sayı : 379




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap