Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavininin telefon danışığı olub

Tarix 28.09.20, 1:27

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən “Report”a verilən məlumata görə,ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.



Xəbərin oxunma sayı : 271




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap