|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Müharibə vəziyyətində təhsil necə tənzimlənəcək – açıqlama
Tarix 28.09.20, 23:00 |
|
Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Sosial media üzərindən aparılan təxribatların qarşısını almaq məqsədilə ölkə üzrə internetin verilməsində məhdudiyyətlər qoyulub.
Bu günlər ərzində evdə təhsilini davam etdirən şagirdlər “Teams”lə onlayn dərslərə qoşula bilməyiblər. Son iki gündə hərbi vəziyyətlə bağlı bütün məktəblərdə əyani dərslərin dayandırılacağı xəbəri də yayılıb. Mövcud vəziyyətdə təhsilin necə tənzimlənəcəyi ilə bağlı suallar ortaya çıxıb. Bir tərəfdən pandemiya, digər tərəfdən də müharibə şəraiti. Hərbi vəziyyət olduqda orta və ali məktəblərdə tədris necə tənzimlənməlidir?
Məsələ ilə bağlı təhsil ekspertlərindən mövqe öyrəndik.
Etibar Əliyev
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev məsələyə münasibət bildirib: “Azərbaycanda təhsilin bütün pillələrində düşünülmüş bir sənəd qəbul olundu. Hazırda ibtidai təhsildə daha çox ənənəvi dərslərə yol verilir, digər pillələrdə isə distant formada təhsilə üstünlük verilir. Ancaq son məlumatlar onu göstərir ki, artıq məktəblilərdən də virusa yoluxanlar var. Düşünürəm ki, məktəblərdə virusa qarşı mübarizə metodlarını gücləndirməliyik. İstər məsafənin qorunması, istərə də gigiyena qaydalarına riayət olunması və digər zəruri şərtləri yerinə yetirməliyik. Dünəndən ölkəmizdə hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin orta məktəblərdə tədrisin qurulmasına demək olar ki, heç bir təsiri yoxdur. Burda söhbət pandemiya ilə bağlı tərtib olunmuş qaydalar üzrə tədris prosesinin həyata keçirilməsindən gedir. Düşünürəm ki, pandemiyanın təsrilərini bütün təhsil müəssisələrində zəiflətmək üçün yenə də çox ciddi işlər görülməlidir. Hərbi vəziyyətdə müəllimlər, ali məktəb pedaqoqları, professor-müəllim heyətinin hər biri təbliğatçı, təşviqatçı rolunu oynamalıdırlar. Bu, vətən müharibəsidir. Əlbəttə, burda ali məktəb müəllimləri ilə tələbələr, orta məktəb müəllimləri ilə yuxarı sinif şagirdləri vətənpərvərlik ruhunun yüksəldilməsi, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmək ideyasının gücləndirilməsi istiqamətində çox ciddi işlər görməlidirlər. Bir tarixi aforizmi xatırladım. Almaniya kansleri Bismarkdan soruşublar ki, siz müharibəni necə udmusuz. “Bizim müharibəni necə udmağımızı orta məktəb müəllimlərindən soruşun” deyib”.
“Hazırda təhsil sisteminin üzərinə çox ciddi məsuliyyət düşür”
Millət vəkili qeyd edib ki, hazırda təhsil sisteminin üzərinə çox ciddi məsuliyyət düşür: “Hesab edirəm ki, istər arxa cəbhədə, istər ön cəbhədə birgə fəaliyyət göstərsək, bütün gücümüzü qoysaq, əlbəttə, düşmən üzərində qələbə çalacağıq. Hərbi vəziyyət zamanı təhsilin dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Burda yalnız müəllimlər mənəvi olaraq öz üzərlərində böyük məsuliyyət hiss etməlidirlər ki, gənc nəsil arasında daha çox vətənpərvərlik istiqamətində işlər aparsınlar. Xüsusilə sərhəd bölgələrində müəllimlərin öhdəsinə böyük vəzifə düşür. Gördük ki, vətəndaşlar arasında heç bir panika yaranmadı. Bunun özü də çox müsbət bir haldır. Istənilən bölgənin nüfuzlu şəxsləri müəllimlər sayılır. Onlar bu müharibə şəraitində düşmənə qarşı birgə mübarizə istiqamətində insanlar arasında çox ciddi təbliğatlar aparmalıdırlar. O ki qaldı millət vəkillərinə, biz öz seçicilərimiz arasında çağırışlar edirik. Bu çağırışların nəticəsi var, bütün insanlar cənab Prezidentin ətrafında birləşib. Hamının istəyi erməni faşizminin üzərində qələbə qazanmaqdır. Sonrakı mərhələdə Qarabağda da yaşayacağıq, orda da təhsilimiz qurulacaq. Həyat bütün Azərbaycanın bötüvləşdiyi şəraitdə davam edəcək”.
“Təhsil sistemi fövqəladə və müharibə vəziyyətinə hazır deyil”
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda təhsil sistemi fövqəladə və müharibə vəziyyətinə hazır deyil: “Əslində dövlətin fövqəladə və hərbi rejimdə hansı addımların atılacağı ilə bağlı konsepsiyası olmalıdır. Buna B planı, C planı deyilir. Biz ancaq tədrisimizi normal qaydalar üçün qurmuşuq. Ona görə də pandemiya dövründə də çətinliklər oldu, indi də hərbi vəziyyətdir, komendant saatı elan olunub, vəziyyət çətindir. Birinci təbii ki, burda insanların sağlamlığı, təhlükəsizliyi önəmlidir. Təhlükəsiz təhsil və tədris isə indiki halda yalnız oflayn rejimlərdə çalışan sistemlərlə mümkündür. Məktəblər planşetlərlə təmin edilsəydi, oflayn rejimdə elektron resurslardan istifadə etmək mümkün olardı. Əslində belə situasiyada ümumi tapşırıqlarla tədrisin tamamlığının həyata keçirilməsi mümkündür. Düzdür, Təhsil Nazirliyi cəbhəyanı məktəblərdə 444 məktəbin fəaliyyətini dayandırdı. Onlayn rejimdə də hazırda internetdə bloklanlamalar olduğuna görə tədris həyata keçirilə bilməz. Televizyalarda isə bütün valideynlər cəbhə xəbərlərini izlədiyinə görə etiraf edək ki, şagirdlər üçün bu əlçatan deyil. Yeganə imkan isə oflayn rejimdir. Oflayn rejim internetə çıxışı olmadan internet resurslarının müəyyən proqramlara yüklənməsidir. Yəni internetin olub-olmamasından asılı olmayaraq oflayn rejimdə ondan istifadə etmək olar. Bu xüsusi cihaz vasitəsilə həyata keçirilir. Təhsil Nazirliyi tədris resurlarını həmin planşetlərə, peycerlərə yükləyir, siz ordan birbaşa internetsiz çıxış əldə edirsiz. Yeganə üsul budur”.
“Oflayn dərslərə keçmək lazımdır”
K.Əsədovun sözlərinə görə, dünyanın təhsil sisteminin idarə edilməsində həmişə fövqəladə vəziyyət, hərbi rejim kimi qaydalar müəyyənləşir ki, normal tədris həyata keçirilsin: “Fövqəladə vəziyyət elan olunsa, artıq B planı olmalıdır, Tədrisi ev şəraitində onlayn şəkildə keçirməliyik, o da olmayanda oflayn rejimdə proqramlar var. Artıq Təhsil Nazirliyi bütün şagirdlərə hansı dərsləri oxumaları barədə konkret tapşırıqlar verməlidir. Bu kompensasiyaedici təhsil sistemidir, 21 gündən 28 günə qədər həyata keçirilir. İndiki halda Təhsil Nazirliyi konkret olaraq teledərs, “Virtual məktəb”, radio vasitəsilə birinci sinifdən 11-ci sinfə kimi bütün tapşırıqları elan etməlidir. Çox təəssüf ki, biz nə pandemiya dövründə, nə də indiki müharibə şəraitində Təhsil Nazirliyindən bu proqramı görmədik. Təəssüf ki, nazirliyin belə vəziyyətdə fəaliyyətini görə bilmirik. İndiki situasiya təhsilin idarə edilməsi üçün ən vacib dövrdür. Uşaqlara konkret tapşırıqlar verilməlidir ki, boş dayanmasınlar. Çünki 2004-cü ildən dərsliklər uşaqlara pulsuz olaraq verilib, əsas informasiya mənbəyi dərslikdir. Bu da uşaqların hamısında var. Bircə onu işlətmək qalır. Nə tele-dərsə, nə “Virtual məktəb”ə, nə də onlayn dərsə ehtiyac qalır. Sadəcə olaraq uşaqlara kitabdan işləməyi öyrətmək lazımdır. Kitablar var, amma kitabların üzərində heç bir tapşırıq rəsmi olaraq verilməyib”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla da əlaqə saxladıq. O dedi: “Məktəblərlə bağlı qərar Təhsil Nazirliyinin deyil, hökumət tərəfindən veriləcək. Ona görə də nə qərar verilsə, Təhsil Nazirliyi də onu icra edir. Nazirlik icraedici orqandır”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu səbəbdən Təhsil Nazirliyi cəbhə bölgəsində yerləşən 444 məktəbdə əyani dərslərin fəaliyyətini dayandırıb. Nazirlikdən bildirilir ki, cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrində əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.
Onu da əlavə edək ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.
Xəbərin oxunma sayı : 826
Sosial
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV