Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Münaqişəni İran və Rusiyadan Ermənistana silah tədarükü alovlandırıb - Amerikalı ekspertlər

Tarix 29.09.20, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


“Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlətin, Azərbaycanın suveren ərazilərinə soxularaq oranı işğal edib”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, təqaüddə olan səfir Riçard Hoqland Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən yayımlanan “Sülh çağırışlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi davam edir” adlı məqalədə bildirib.

Eyni zamanda, o xatırladıb ki, ABŞ-ın fundamental siyasəti bütün ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.

Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik son bir neçə ayda Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə birbaşa hücumları nəticəsində artıb. 


Xəzər Siyasət Mərkəzinin müşaviri Riçard Hoqland vurğulayıb ki, bu hərbi insidentlər təmas xəttində deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu istiqamətində baş verməsi ilə qeyri-adi olub. Regionda ilk qığılcım iyulun 12-də başlayıb, ikinci insident isə sentyabrın 21-də baş verib və nəticədə Azərbaycan ordusunun çavuşu ölüb.

Türkdilli xalqların 20-ci əsrdə pozulmuz əlaqələrinin bərpası çox vacibdir"  - ABŞ dövlət katibinin köməkçisi Riçard Hoqland
Riçard Hoqland

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri olan Robert Sekuta mövcud vəziyyətin xarici qüvvələrin təhlükəli müdaxilələri ilə nəticələnə biləcəyini qeyd edib. R.Sekuta KİV-də İrandan Ermənistana mümkün hərbi texnika tədarükü ilə bağlı şübhəli xəbərlərin olduğunu da xatırladıb.

“Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı Avropada sülhə və təhlükəsizliyə xələl gətirir, ABŞ tərəflərin həll yolunda irəliləyişə nail olması üçün fəal rol oynamalıdır”, - məqalədə deyilir.


 
Məqalədə Ermənistanın məhz Tovuz istiqamətində Azərbaycana hücum etməkdə maraqlı olduğu qeyd olunur, çünki ona bitişik Gəncə “boşluğu” dəmir yolları və avtomobil yolları, eləcə də enerji təchizatı üzrə boru kəmərləri üçün həlledici əhəmiyyətə malikdir. 

“Azərbaycan mühüm tranzit mərkəzi olduğuna görə bu bölgəyə yönələn təhdidlər Azərbaycanın siyasi və iqtisadi sabitliyini pozur. Rusiyanın da bu tranzit dəhlizini pozmaqda öz maraqları var və iyul münaqişəsindən dərhal sonra Ermənistana yeddi hərbi texnika partiyası ixrac olunub. Bu təchizatlar Ermənistanın silah arsenalının müxtəlifliyini artıran ən müasir cihazları əhatə edirdi”, - yazıda vurğulanır.

Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ ordusunun istefada olan general-mayoru Maykl Repassın fikrincə, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Rusiya Ermənistana dəstək verməyi üstün tutaraq bir daha münaqişənin həllinə balanssız yanaşma nümayiş etdirib.

“Rusiya Ermənistana qarşılıqsız əsasda böyük miqdarda silah tədarük etməklə, eləcə də Ermənistan silahlı qüvvələri ilə birgə təlimlər keçməklə qeyri-sabitliyi alovlandırıb”, - o deyib.

M.Repass Rusiyanın artıq Suriya, Krım, Şərqi Ukrayna, Liviyadakı münaqişələrdə fəal iştirak etdiyini xatırladıb: “Rusiya Azərbaycana və bəlkə də Türkiyəyə qarşı erməni qüvvələrini dəstəkləyərsə, konsultativ potensialını çox tükəndirəcək”.

Hulusi Akar:



Xəbərin oxunma sayı : 607




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap