“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

UEFA Millətlər Liqası: Azərbaycan - Kipr matçı Albaniyada keçiriləcək

Tarix 06.10.20, 22:18

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Millətlər Liqasında IV turun Azərbaycan – Kipr matçı oktyabrın 13-də Albaniyada olacaq. 

Kipr Futbol Assosiasiyası xəbər verib ki, qarşılaşma Elbasan şəhər stadionunda gerçəkləşəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda keçirilməli idi. AFFA UEFA-ya ünvanladığı məktubda, dəfələrlə telefon danışıqlarında təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumlarının oyunu Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirməyə hazır olduğunu bildirib.

Lakin o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son 48 saat ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur. AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir.

Burada məqsəd qonaqları Ermənistanın törədə biləcəyi hər hansı təxribatdan qorumaqdır. Bu da onu göstərir ki, ermənilərin bu cür əməlləri təkcə Azərbaycan deyil, həmçinin ölkəyə səfər edən əcnəbi komandalar üçün də təhdiddir.

AFFA-nın təqdim etdiyi məlumatları nəzərə alaraq, UEFA bu gün Azərbaycan – Kipr oyununun keçiriləcəyi məkanla bağlı yekun qərarını açıqlayıb/Report.



Xəbərin oxunma sayı : 910




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap