Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qarabağa dəstək aksiyaları dağıdılır, fəllar həbs edilir - İrandan repressiya xəbərləri gəlir

Tarix 21.10.20, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


Təbriz və Cənubi Azərbaycanın digər şəhərlərində "Qarabağa dəstək" şüarları ilə keçirilən nümayişlər zamanı milli fəallar həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və"Ərk" cəmiyyətinin yayımladığı məlumatına görə, Təbrizdə Rıza Zareyi, Əkbər Mühaciri, Rəsul Rəzəvi, Hüseyn Məhəmmədiyan, Məhəmməd Mahmudi, Hüseyn Əmir Hicri, Siyamək Kuşi, Sara Turi, və Şahin Bərzigər həbs edilib. Onlar saxlanlılan zaman döyülərək işğəncələrə məruz qalıblar.

Meşkinşəhr və Parsabad şəhərlərindədə bir neçə aksiya iştirakçısı saxlanılıb. "Ərk" cəmiyyəti həmin fəalların mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldığını bildirib.

"Yağış" tələbə jurnalının redaktoru İbrahim Cənginin dətəhsil aldığı Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. O, digər fəallarla birlikdəəllərində Norduz sərhəd gömrüyünün qapadılmasını tələb edən məzmunu ilə pankartlar nümayiş etdiriblər.

Təbrizdə bazar günü axşam saat 5 radələrində başlanan "Qarabağa dəstək" aksiyası polisin sərt müdaxiləsi ilə dağıdılıb. Bir çox insan həbs edilib.

Əldə edilən məlumata görə, milli fəalların "Qarabağa dəstək" mitinqinə çağırışdan sonra İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri bir çox fəala zəng edərək, onları həbs etməklə hədələyib, bir neçəsi isə Ettelaat İdarəsinə çağırılıb.

Sosial şəbəkələrdə yayımlanan video-görüntülərə görə, Rusiya nömrəli "Kamaz" markalı yük maşınlarının Norduz gömrüyündən Ermənistana göndərilməsi xalqın təpkisində səbəb olub. İran Azərbaycanının əksər şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Tehran, Meşkinşəhr və Muğan kimi bölgələrdə baş tutan kütləvi etirazlar İran hökuməti tərəfindən dağıdılıb və çox sayda insan həbs edilib.

Aksiyalarda “Qarabağ bizimdir, bizim olacaq”, “Norduz Gərək bağlana”, ermənini himayət cinayətdir cinayət”, Azərbaycan milləti çəkəməz bu zilləti”, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlar səsləndirilib. (amerikaninsesi.org)



Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap