Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan Türkiyədən hərbi dəstək istəsə, tərəddüdsüz bu dəstək veriləcək“ - Türkiyə Prezidentinin köməkçisi

Tarix 22.10.20, 8:38

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan dövləti haqlı mövqedədir, öz torpaqlarını müdafiə edir, Ermənistana dövlət də demək istəmirəm, tam bir işğalçıdır. Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarını tərk etməlidir”.

Bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay “CNN Türk”ə müsahibəsində deyib.

1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonrakı Azərbaycan və Ermənistanı bugünkü vəziyyətləri ilə müqayisə edən F.Oktay deyib ki, hazırda Azərbaycan o dövrə baxdıqda nə qədər inkişaf edibsə, Ermənistan bir o qədər geridə qalıb: “İşğalçılıq xisləti Ermənistanı inkişafdan geri qoyub. Bundan öncəki Ermənistan rəhbəri deyib ki, Dağlıq Qarbağı almaqla biz torpaqlarımızı genişləndirdik, Türkiyə tərəfinin Ağrı dağını alması isə gələcək nəsillərə qalıb. Bu düşüncədə bir dövlət siyasəti olarmı?

Əli silahsız, günahsız mülki əhaliyə hücum edən bir terror dövlətin qarşısında, sadəcə, öz torpaqlarında yerləşən işğalçıların hərbi mövqelərinə qarşılıq verən bir dövlət var. Həm də Ermənistan dünyada elə bir təsəvvür yaratmaq istəyir ki, sanki məzlum durumda olan odur. Atəşkəs istəyir və atəşkəsi də özü pozur. Üstəlik də, Ermənistana terror təşkilatları yardım edir. Bu qədər ədalətsizliyin cavabı, əlbəttə ki, savaş meydanında da verilir, Allah qatında da”.

Fuat Oktay deyib ki, Azərbaycan Türkiyədən hərbi dəstək istəyərsə, tərəddütsüz bu dəstək veriləcək: “Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycan dəstək istəyərsə, əlbəttə, Türkiyə dəstək verəcək. Azərbaycanla mütəmadi əlaqələrimiz var və əvvəlcədən də cənab Prezidentimiz cənab İlham Əliyevə hər cür yardım etməyə hazır olduğumuzu deyib. Onsuz da Azərbaycanla Türkiyə arasında hərbi saziş var”.





Xəbərin oxunma sayı : 751




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap