Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Euronews” viran edilmiş Füzulidən reportaj hazırlayıb - VİDEO

Tarix 21.11.20, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraqlarını qaldırmaq üçün bir dənə də olsun dağılmamış bina tapa bilmədilər. Bu səbəbdən onlar məhv edilmiş mədəniyyət evinin fasadı ilə kifayətlənməli oldular.

Bu barədə “Euronews”un Füzuli şəhərindən hazırladığı reportajda bildirilir.

Telekanal şəhərin tamamilə minalandığı üçün bura yalnız Azərbaycan hərbçilərinin müşayiəti ilə və yalnız əsas yollarla gəlməyin mümkün olduğunu bildirib:

“Buna görə 30 il əvvəl Füzulidə yaşayan insanlar indi öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilirlər”.

Təqribən 30 il əvvəl öz evini tərk etmək məcburiyyətində qalan Arzu Şəfiyeva da belələrindəndir:

“Bu evdən qaçdığımızda tamamilə fərqli görünüşdə idi. Heç bir şey götürmədik, hər şeyi qoyduq. Evimizin qapısını kilidlədik,  geri dönəcəyimizi düşünürdük. İnanıram ki, Allahın köməyi ilə yenə qayıdacağıq, tikəcəyimiz evin yenisinin şəklini çəkəcəyik və müqayisə edəcəyik”.

Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.

“Azərbaycan ermənilər tərəfindən məhv edilmiş hər şeyi yenidən bərpa edəcək, Füzuliyə həyatı qaytaracaq və o, yenidən çiçəklənən bir Azərbaycan şəhərinə çevriləcək”, - deyə o bildirib.







Xəbərin oxunma sayı : 676




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap