Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xüsusi təyinatlıların komandiri, şəhid Kənanın həyat yoldaşı: “Erməni dilini mükəmməl bilirdi“

Tarix 01.12.20, 1:26

Font ölçüsü : - / +
bitmap-img6


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına vuruşaraq şəhid olan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti Kənan Məmmədovdur. Erməni, ingilis, rus, türk dillərində danışa bilən Kənan, həyat yoldaşı Günel Məmmədovanın sosial şəbəkələrdə paylaşım etməsindən sonra daha çox tanındı.

Azərbaycan Ordusunun zabiti Kənan Məmmədov barəsində Yeniavaz.com-a danışan həyat yoldaşı Günel Məmmədova Kənanın müharibəyə çox həvəslə getdiyini bildirib:
"Həmişə deyirdi ki, bu torpaqları canımızı da versək alacağıq. Elə də oldu, canları bahasına Qarabağı azad etdilər. Kənan, Murovdağa ilk ayaq basanlardan biri olub. O, ən öndə gedənlərdən idi. Yoldaşım bir çox tapşırıqların yerinə yetirilməsində də qəhrəmancasına iştirak edib. 02.10.2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb".

Kənan Niftalı oğlu Məmmədov 1993-cü il 22 oktyabrda Ucar rayonunun Alpout kəndində anadan olub. 2000-ci ildə Alpout kənd 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 2011-ci ildə həmin məktəbi bitirərək hərbi xidmətə yollanıb. Kənan xidməti boyunca dəfələrlə təşəkkürnamələrlə təltif olunub. 1 il 6 aylıq hərbi xidməti bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili ədəbiyyatı bölməsinə qəbul olub. 2017-ci ildə universiteti əla qiymətlərlə bitirib. Kənan kiçik yaşlarından rus dilini də ana dili kimi bilib. Bundan başqa Kənan ingilis, erməni, türk dillərini də mükəmməl öyrənib. 
Kənan ixtisasca filoloq olsa da, xəyalı həmişə hərbçi olmaq olub. 2017-ci ildə öz arzusunu gerçəkləşdirmək üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə daxil olub. Mərkəzi birinciliklə bitirərək fəxri fərman alıb. Leytenant rütbəsi alan Kənan Məmmədov tağım komandiri kimi ön cəbhəyə ezam olunub. Xidməti boyunca bir çox kurslarda və təlimlərdə iştirak edib. Paraşütdən sərbəst tullanma, SAT və digər kurslarda istedadı ilə seçilənlərdən biri olub. 

Günel Məmmədova deyir ki, Kənan Qarabağın azad olunması eşqilə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb: 
"Bilənlər bilir, bu kursun iştirakçıları müxtəlif çətin imtahanlardan keçirlər. 5 aylıq kursu həmişəki kimi Kənan fərqlənmə ilə bitirib. Bu kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin əmrinə əsasən N saylı hərbi hissədə Xüsusi Təyinatlı qrupunun komandiri vəzifəsinə təyin olunub. O, döyüş taktikasına mükəmməl və dərindən yiyələnən zabitlərdən idi". 

Allah rəhmət eləsin!










Xəbərin oxunma sayı : 403




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap