Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Heydər və Təzəpir məscidlərində Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR

Tarix 04.12.20, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Heydər və Təzəpir məscidlərində Vətən müharibəsi şəhidləri anılıb  
Vəhdət namazı qılınıb, şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib

Bu gün Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib. Vəhdət namazı A. Paşazadənin rəhbərliyi ilə qılınıb. Mərasimdə şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib.

Bu gün Təzəpir məscidində də Vətən müharibəsi şəhidləri anılıb. Şəhidlərin xatirəsi yad edilib, namaz qılınıb, onların ruhuna dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu yad edilir: “30 il həsrətində olduğu torpaqlara Azərbaycan insanı bu gün gedə bilir. 30 ildir qəbiristanlıqlar, məscidlər əsirlikdə idi. Onlar da əsirlikdən xilas edildi. Əsirlikdən qurtaran ərazilərdə olan məscidlərdən azan səsləri ucalacaq, həmin məscidlər bərpa ediləcək. Bu gün bir çox məscidlərdə şəhidlərin ruhu yad edilir. Müqəddəs Quranın buyurduğu kimi şəhidlər ölməzdir, onlar əbədi dirilik qazanıblar”. 

Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur. 

Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunur.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap