Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu – Müdafiə Nazirliyi

Tarix 04.12.20, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cari il dekabrın 1-dək fonda 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



Xəbərin oxunma sayı : 682




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap