![]() |
|














İlham Əliyev mətbuatla bağlı yeni qurum yaratdı - FƏRMAN
Tarix 12.01.21, 19:00 |
|

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
AzFakt.com xəbər verir ki, fərmanda deyilir:
"Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.
2. "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
4. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
5. Müəyyən edilsin ki:
5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
5.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
5.3. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
6.1. Azərbaycan Respublikasının Prezidentinə:
6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;
6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
6.1.5. Agentliyin işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi;
6.1.6. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
6.2. Agentliyə:
6.2.1. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi
şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
7.1. "Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;
8.5. Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;
8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Agentlik:
9.1. Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
9.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
10.1. bu Fərmanın 4-cü hissəsində və 5.3-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;
10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Xəbərin oxunma sayı : 808
loading...
Sosial
Xəbərlər
-
On səkkiz yaşlı kəşfiyyatçının şəhidliyə aparan şərəfli döyüş yolu - VİDEO
-
Rusiya buğdanın ixrac rüsumunu bahalandırır – Azərbaycana neçəyə gələcək?
-
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb - FOTOLAR
-
Vətən müharibəsinin daha bir qəhrəmanı – Şəhid İlqar İsmayılov
-
“Azəristiliktəchizat”ın “Azəriqaz”a nə qədər borcu qalıb? - RƏSMİ
-
Ən çox qazanan klubların siyahısı açıqlandı: Lider kimdir?
-
Almaniyanın XİN rəhbəri:“Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var“
-
Vətən müharibəsi qazisinin müəmmalı ölümü - VİDEO
-
Yaralı vəziyyətdə 4 gün düşmənin atəşi altında, 50 gün isə komada qalan şəhid Saatmirzə Əzimov - VİDEO
-
Bakıda intihar hadisəsi - Qadın özünü altıncı mərtəbədən atıb
-
Kənd Təsərrüfatı Nazirliyi onlayn müşavirə keçirdi - FOTO
-
Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz - VİDEO
-
Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb - Açıqlama
-
Yaralı əsgərlərin ilk xilaskarı - Şəhid Qurbanov Tərxan (VİDEO)
-
Hazırda Azərbaycanda 8 ovçuluq təsərrüfatı var –ETSN
-
“Azəriqaz“ yeni sayğaclar quraşdıracaq: qaydalar dəyişir
-
Bakıda bu rayonlardakı 17 bina plana düşdü - FOTOLAR
-
Nazir yeni rəislər təyin etdi - SİYAHI
-
“Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi - FOTO
-
İlham Əliyev ona “Şərəf” ordeni verdi - SƏRƏNCAM
-
Qubadlı rayonunun Dəmirçilər kəndi - VİDEO
-
Ermənilər Xocavənddə faşist liderə heykəl qoydu - FOTO
-
Azərbaycan niyə Çin peyvəndini seçdi? - TƏBİB-dən açıqlama
-
BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı - FOTO
-
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub – Detallar
-
Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik
-
“Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymayacağıq” - Lavrov
-
20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Açıqlama
-
Beynəlxalq Bank 15 milyon manat cərimələnib? - Vergi Xidməti tərəfindən...
-
Ramin Quluzadəyə yeni vəzifə verildi - Sərəncam
-
“Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur“ - İlham Əliyev
-
Dövlət Bağçalı Şuşada tikiləcək məktəbin eskizini göstərdi – VİDEO
-
“Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür“ - Təhsil Nazirliyi
-
“Rusiya İranla Qarabağ dialoqunda maraqlıdır“ - Sergey Lavrov
-
Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı - VİDEO
-
Rusiyada Stalin və Hitlerin hədəflərini eyniləşdirmək qadağan edilir - Yeni qanun
-
Fevral ayının pensiyası artımla birlikdə veriləcək - Diqqət!
-
İcra başçısı uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib - FOTO
-
Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər - RƏSMİ + VİDEO
-
Sabah hava necə olacaq? – Proqnoz
-
Ön xətdəki hərbçilərin maaşı: “Onların pulunu kəsmək cinayətdir” - Video sorğu
-
Prezident yeni nazir təyin etdi - SƏRƏNCAM
-
Ramin Quluzadə nazir vəzifəsindən azad edilib –SƏRƏNCAM
-
Şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək - Deputatdan açıqlama
-
“Rusiya sülhməramlı kontingentinin nümayəndələri öz işini peşəkar səviyyədə yerinə yetirir” - Prezidentin köməkçisi
-
“Şuşada məktəb inşa ediləcək“ - Devlet Bahçeli
-
ABŞ tarixində bir ilk - Maliyyə naziri postuna qadın təyin olundu
-
“Hazırda Tacikistanda koronavirus yoxdur“ - Prezident
-
Cəbrayılın Karxulu kəndindən görüntülər - VİDEO
-
Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı
-
Təhsil Nazirliyi yandırmaq üçün odun alacaq, yoxsa qızıl? - TENDER
-
Ermənilər tərəfindən talan edilən zəngin tarixə malik Zəngilan - VİDEO
-
Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu - “Real“ MTK-dan ŞİKAYƏT
-
Xırdalanda xilasetmə əməliyyatına xüsusi təlim keçmiş itlər də cəlb olundu - VİDEO
-
Azərbaycanın neft-qaz sektoruna 34 milyarddan çox vəsait yönəldilib - Son beş ildə
-
“İndiyədək 12 min şəhid və müharibə əlilinin ailəsi sosial qayğı ilə əhatə olunub” - Nazir
-
Super Liqada ilginc hadisə: Avtoqola imza atdı, komandadan ayrıldı
-
Şəhid ailələri təhsil haqqı ödəməyəcək - VİDEO
-
Altı da, üstü də qızıl Qarabağ - VİDEO
-
Düşməndən azad olunan əraziyə bayraq sancarkən şəhid olan bölük komandiri - FOTOLAR
-
ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb –Səbəb
-
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - SİYAHI
-
“Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır“ - Baş nazir
-
“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev
-
Medianın İnkişafı Agentliyi ilk tədbirini keçirdi - FOTO
-
“Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub” - BMT-nin Baş katibi
-
İcra başçısının otağından 50 min manat pul oğurlanıb - VİDEO
-
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq“ - Avropa Şurasının Baş katibi
-
Füzulinin Dövlətyarlı kəndindən görüntülər –VİDEO
-
Şəhidin beş aylıq körpəsi dəstək gözləyir - VİDEO
-
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verildi – Fərman
-
Xırdalanda partlayış:5 nəfər dağıntılar altından çıxarılıb - VİDEO
-
“Yarası sağalmamış döyüşə atılan ŞƏHİDİMİZ...“ - “İndi bütün kənd Vüqarla fəxr edir”
-
Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb- 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
-
Məmmədlinin iflic olan yolları - VİDEO
-
Füzulinin Kürdlər kəndindən görüntülər - VİDEO
-
Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri - VİDEO
-
Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi - RƏSMİ
-
Rusiyalı deputatın adı “qara siyahı”ya salınıb –XİN
-
Xəstəxana direktorunun tutulmasının əməliyyat görüntüləri yayıldı – VİDEO
-
“Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam“ - Röya
-
“Fənərbaxça“ azarkeşlərdən pul yığır - Özilə görə
-
Nazirlikdən 5 partiyaya xəbərdarlıq:“Bu istiqamətdə müvafiq işlər görülür”
-
Müharibə əlilləri və şəhid ailələri 2025-ci ilədək evlə təmin ediləcək – Sərəncam
-
Ötən il körpələrə ən çox verilən adlar açıqlanıb –SİYAHI
-
Bəzi şəhidlərin valideynləri həbsdən azad olunub - Ədliyyə Nazirliyindən açıqlama
-
5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub - Rəsmi
-
Vətən müharibəsində tarix yazan şəhidimiz – FOTOLAR
-
Şəhid polkovnik-leytenant dəfn edildi - FOTO
-
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib – Baş prokuror
-
Ötən il 5 məhkum xaricdən Azərbaycana gətirilib - 25 məhkum təhvil verilib
-
“Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək“ - Mikayıl Cabbarov
-
Vüsal Kərimlinin pulyığanları “qan uddurur“:BNA-nın Prezidentə yalanları
-
Erməni təxribatı nəticəsinə şəhid olan musiqi müəllimi – FOTO
-
“Simpsonlar“ Harrisin seçiləcəyini öncədən görüb - FOTO
-
“Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir“- “Sovetski” sakinləri
-
BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
-
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə
-
Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?
-
Zərifin Bakıya incə səfəri: Məqsəd nədir?
-
Əksər küçə və prospektlərdə yağış barmaqlıqları yoxdur - VİDEO
-
Dünyada koronavirus:son sutkada 577 mindən çox yoluxma qeydə alınıb
-
Cəbhəboyu ərazilərdə 117 km-dən çox yol minadan təmizlənib – FOTO
-
Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu - Muzey və sərgi zalları açıldı
-
Sabahdan bu qadağalar da götürülür – Siyahı
-
Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO
-
Ermənistanın hərbi analitiki:“Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır“
-
Kəlbəcər rayonunun Comərd kəndinin görüntüləri – VİDEO
-
ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir - Peskov
-
Tarixin qızıl səhifəsinə həkk olunan kapitan Elnur Cəbrayılov - VİDEO
-
Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - VİDEO
-
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi – VİDEO
-
30 yaşlı qadın özünü binadan ataraq intihar edib – Bakıda
-
Düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman zabitimiz - FOTOLAR
-
İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon RƏHBƏRLƏRİ
-
“Dənizçimizin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək” – Azərbaycan XİN
-
Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenantın nəşi tapıldı - FOTO
-
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi:“Həqiqəti əks etdirmir“
-
Azərbaycanda koronavirusa 287 yeni yoluxma qeydə alınıb - 10 nəfər vəfat edib
-
Kəlbəcərin Comərd kəndinin görüntüləri yayıldı –VİDEO
TOP 10
ARXİV