Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Həmsədrlərdən imtina bizə lazım deyil“ - “Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək...“

Tarix 15.01.21, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


Elxan Şahinoğlu: "Azərbaycan da Türkiyə kimi Minsk Qrupundan imtinanı lazım bilmir" 

Türkiyənin Müdafiə naziri Mövlud Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər.

"Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar”, - deyə M.Çavuşoğlu bildirib.

Xatırladaq ki, Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayırdılar.

Nazirin bu açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, deyib ki, Ankara Minsk Qrupu formatından imtina edilməsini lazım bilmir. 

"Doğru yanaşmadır. Elə Azərbaycan prezidenti də həmsədrləri tənqid etsə də, bu formatdan imtina etməyi lazım bilmir. Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər. Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik. Ona görə də bundan sonra Minsk Qrupundan artıq heç bir tələbimiz və gözləntimiz yoxdur"-deyə ekspert qeyd edib.

E.Şahinoğlu hesab edir ki, bu formatdan imtina doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik: "Böyük güclər simvolik də olsa rollarını davam etdirmək istəyir, bu yolla oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Həmsədrlərdən imtina bizə lazım deyil. Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək, onsuz da status məsələsi yaxın illərdə həll olunmayacaq. 25 il heç bir nəticə əldə etməyən qurum qoy bir elə o qədər turistik səfərlərlə məşğul olsun. Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin".



Xəbərin oxunma sayı : 925




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap