Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər

Tarix 18.01.21, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər

Bakıda lüks avtomobilin iştirakı ilə baş verən qəzanın yeni təfərrüatları məlum olub. Avtomobilin hansı iş adamına məxsus olduğu da bilinib.

Musavat.com xəbər verir ki, qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib. 90 ND 064 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil toqquşub.

“Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. “Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir.

İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmızı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Hadisə baş verən ərazidə təhlükəsiz şəhər kamerası (TŞK) var. Lakin kamera görüntülərini əldə etmək mümkün deyil. Nəriman Hacıyevin vəkili kamera görüntülərini istəsə də bunu əldə edə bilmir.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 60 min manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var. Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

Nəriman Hacıyev qeyd edir ki, qəzanı törədən sürücü gənc və arıq bir oğlan olub. Lakin sonra başqa sürücü ortaya çıxıb.

“Mən “Azadlıq” prospektində "Vorovski" adlanan dairədə Binəqədi istiqamətinə dönüb qayıtmaq istəyirdim. Yüksək sürətlə işıqforun qırmızı işığında keçən, piyada keçidinə məhəl qoymayan, "Audi A7" markalı maşın mənim maşınımı vurdu. Maşınım tam yararsız hala düşdü, başımdan xəsarət aldım. "Audi A7"dən düşən bir nəfər mənə yaxınlaşdı və digər şəxsi göstərib dedi ki, məndən soruşanda deyim ki, sükan arxasında bu adam idi. Halbuki sükan arxasında başqa şəxs idi. Sonradan hadisəni törədən şəxsin Əsəd Cəfərli olduğu göstərildi. Mən xəstəxanada olduğum zaman, hadisə baş verdikdən bir gün sonra qərar qəbul edildi. Halbuki qanunvericiliyə uyğun olaraq araşdırma aparılmalı və qərar çıxarılarkən iştirakım təmin edilməli idi. Tez-tələsik qərar çıxarılması da bu işin birtərəfli aparılmasını sübuta yetirir. Həmçinin qərar mənə göndərilməyib. Qərarın surətini oktyabr 15-də almışam. Ümumiyyətlə, heç aprelin 30-da tərtib edilmiş protokolun surəti də mənə verilməyib. Heç bir qayda pozuntusuna yol verilməmişəm, amma cərimə cəzasına məruz qalmışam”,- deyə Nəriman Hacıyev məhkəməyə müraciətində yazır.

Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər


Nəriman Hacıyev barəsində inzibati tənbeh haqqında qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verən vəkili bildirib ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv şəkildə araşdırmayıb. Belə ki, məhkəmə öz qərarını yalnız iş materiallarında olan izahatlarla əsaslandırıb və hadisə yerinin sxeminə, hadisə yerinin video müşahidə kameralarına baxış keçirməyib.

“Nə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı mayor Faiq İsayev tərəfindən, nə də hazırkı şikayəti araşdıran birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən müşahidə kamerasının görüntüləri əldə edilməyib. Görüntü olmadan, izahatlara istinad edilməklə nəticədə yanlış qərar qəbul edilib. Hadisə yerinin müayinəsi aparılarkən və hadisə yerinin sxemi tərtib edilən zaman Nəriman Hacıyevin iştirakı təmin edilməyib”,- deyə vəkil çıxışına əlavə edib.

Şəki Apelyasiya Məhkəməsi şikayəti təmin edib və işin yenidən araşdırılması üçün Şəki Rayon Məhkəməsinə qaytarıb.

Apelyasiya məhkəməsi Nəriman Hacıyev barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinin təmin edilməməsi üzrə Şəki Rayon Məhkəməsinin qərarını ləğv edib.

Lüks avtomobilin sahibinin kimliyi haqda...

Qəza zamanı “Audi A7” markalı lüks avtomobili idarə dən şəxsin kimliyi barədə iddialar var. Rəsmi olaraq sürücünün Cəfərli Əsəd Vüqar oğlu olduğu göstərilir. Lakin digər sürücü və bəzi hadisə şahidləri sürücünün başqa bir şəxs, cavan, arıq bir nəfərin olduğunu deyirlər.

Təbii ki, bunu ən dəqiqliyi ilə kamera görüntüləri sübut edə bilərdi. Lakin görüntülər ortada yoxdur. Lüks avtomobil “Fasad-F” MMC-nin balansındadır. Buna görə də avtomobilin ayrı-ayrı şəxslər tərəfindən yol vərəqəsi ilə idarə edilməsi mümkündür. Belə bir lüks avtomobili isə şirkətin vəzifəli şəxslərindən birinin idarə edəcəyi aydındır.

“Fasad-F” MMC adı bir neçə dəfə qalmaqalda hallanan şirkətlərdən biridir. MMC Kənd Təsərrüfatı Nazirliyindən ən çox tender udan şirkətlərdən biri və hətta birincisidir. Qəza hadisəsinin baş verdiyi ildə nazirliyin ümumi dəyəri 30 milyon olan 4 tenderinin qalibi məhz bu MMC olub.

“Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat olaraq göstərilib. Şirkətin qanuni təmsilçisi isə Cəfərov Fəxri Aydın oğludur. Bu da rəsmi olaraq qəzanı törədən şəxsin soy adı ilə üst-üstə düşür.

Qeyd edək ki, “Fasad-F” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mikrorayın, ev 16, mənzil 57 olaraq göstərilsə də faktiki ünvanı Binəqədi şosesi 12 ünvanında fəaliyyət göstərən “Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur. Bu şirkət isə Azərbaycanın ən məşhur şirkətlərindən biridir. “Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.

Məlumata görə, “Audi A7” markalı avtomobili idarə edən şəxs kimi göstərilən Cəfərli Əsəd Vüqar oğlu “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğludur.

Mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Musavat.com





Xəbərin oxunma sayı : 664




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap