Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azadlıq“ radiosu Rusiyada yayımını dayandıra bilər -Cinayət ittihamı və cərimə hədələri...

Tarix 22.01.21, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya hökuməti "Azadlıq" radiosunu çoxmilyonlu cərimələr və əməkdaşlarını cinayət ittihamları ilə hədələyir. “The New York Times” qəzeti yazır ki, bu ABŞ-ın maliyyələşdirdiyi media təşkilatının Rusiyadan çıxarılma ehtimalını gücləndirir. Yenicə hakimiyyət başına keçmiş Prezident Co Bayden isə bu arada ölkəsinin Kremllə münasibətinə yenidən baxmağa hazırlaşır.

Radio bildirir ki, hökumət son həftələr media qurumuna yeni məhdudlaşdırıcı qaydaların onlarla individual pozuntusuyla bağlı bildiriş göndərib. Əsas tələb radionun kontentinin “xarici agent” tərəfindən hazırlandığını qeyd etməkdir. Radionun redaktorları deyirlər ki, Kreml siyasətini dəyişməsə bu ölkədə rəsmi təmsilçiliyi bağlamalı olacaqlar.

“Bu bizdən ötrü ölüm-dirim məsələsidir. Rusiya hökumətinin bizim ölkədən çıxmağımızı istəməsi çox aydın görünür”, – radionun baş redaktoru Deyzi Sindelar vurğulayıb.

Qəzet qeyd edir ki, hökumətin əslində bu media orqanına çoxdan davam edən təzyiq kampaniyasını gücləndirməsi Prezident Vladimir Putinin Vaşinqtonla münaqişəsində mövqeyini möhkəmləndirməyə çalışdığını göstərir. Kreml son günlər Qərbin müxalifət lideri Aleksey Navalnını azadlığa buraxmaq çağırışlarını rədd edib. Rusiya həmçinin bildirib ki, ölkələrə bir-birinin ərazisində hərbi müşahidə uçuşlarına imkan verən sazişdən çıxacaq.

"Azadlıq" radiosu, onun rusdilli videokanalı olan “Nastoyaşeye Vremya” Navalnının Berlindən Moskvaya qayıdışını, aeroportda həbsini canlı yayınlayıb. Navalnı tərəfdarlarının şənbə gününə planlaşdırdığı etiraz aksiyalarını da canlı yayınlamaq planı var.

Qəzet qeyd edir ki, illərdir xaricdəki yayın orqanlarına nəzarət edən ABŞ Qlobal Media Agentliyindəki (USAGM) çaxnaşma radionu Kreml qarşısında daha zəif duruma salıb. Tramp administrasiyası keçmiş prezidentin müttəfiqlərini agentlikdə aparıcı vəzifələrə təyin etməyə çalışıb.

“Görünür, Kreml ABŞ-ın beynəlxalq yayınındakı xaosdan istifadə edir”, – Tramp administrasiyasının ötən yay radionun prezidenti vəzifəsindən uzaqlaşdırdığı Ceymi Flay deyib.

Qəzet yazır ki, Bayden administrasiyanın bir potensial addımı Kremlin maliyyələşdirdiyi RT, Sputnik kimi media orqanlarına qarşı tədbir görmək ola bilər. “Rusiyalılar belə davam edərlərsə, RT və Sputnikin Birləşmiş Ştatlarda fəaliyyətinə təsirdən narahat olmalıdırlar”, – Flay belə deyib.

Xatırladaq ki, "Azadlıq" radiosu-nun Moskva bürosu 1991-ci ildə açılıb. Xidmətin 58 əməkdaşı, 250-dək frilanseri var, 22 milyon dollarlıq büdcəsinin çox hissəsini ölkəboyunca xəbərləmə işinə və “Nastoyaşeye Vremya”ya xərcləyir.

Yanvarın 21-də “Amerikanın Səsi”nin aparıcı meneceri Kelu Çao USAGM direktorunun vəzifəsini icra etməyə başlayıb. Qurumun əvvəlki icraçı direktoru Maykl Pek yanvarın 20-də yeni administrasiyanın xahişilə istefa verdiyini bildirib. Keçmiş prezident Donald Trampın vəzifəyə gətirdiyi, Senatın bir müddət yubatdıqdan sonra ötən iyunda təsdiqlədiyi Pek qalmaqallı qərarlarla yadda qalıb. (azadlıq.org)



Xəbərin oxunma sayı : 862




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap