Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan-Türkmənistan anlaşması “Trans-Xəzər “ layihəsini günədəmə gətirdi – “Razılaşmaya əsas maneə Rusiya idi...”

Tarix 23.01.21, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Türkmənistanla Azərbaycanın imzalanmış yeni neft-qaz yatağı anlaşması Azərbaycana nə qazandıracaq?

Xatırladaq ki, yeni anlaşma memorandumu "Dostluq" yatağının birgə işlənməsi ilə bağlıdır. 30 il idi ki, Xəzərdə iki ölkənin sərhədindəki bu yatağı Azərbaycan "Kəpəz", Türkmənistan isə "Sərdar" adlandırırdı. Yanvarın 21-də tərəflər anlaşıb, yatağa "Dostluq" adı verdilər.

"Azadlıq" radiosunun enerji üzrə şərhçisi Bryus Pannier bildirib ki, bu yataq Azərbaycan üçün gələcəkdə Orta Asiya neft-qazını Avropa ya çıxartmaq üçün şanslar da aça bilər. Şərhçi hesab edir ki, bütün hallarda indi bu yatağı istismar etməyə başlamaq üçün yaxşı vaxtdır: “Neftin qiyməti düşüb. Yəqin ki, belə də qalacaq. Dövlətlər alternativ yanacaq mənbələrindən istifadəyə daha çox investisiya qoymağa başlayıblar. Məsələn, Çin istəyir ki, 2050-ci ilə qədər bütün avtomobillər elektrik avtomobili olsun. Başqa dövlətlər də Çinin yolu ilə gedəcəklər. Odur ki, əgər neftin varsa, onu elə indi satmaq lazımdır”.

Azərbaycan dövlət neft şirkətinin - SOCAR-ın rəsmiləri bu yataqdan ilə təxminən 1,5 milyon ton neft və iki milyard kubmetrə qədər qaz hasilatının mümkün olduğunu deyirlər. Bu hələ ki, anlaşma memorandumudur və hasilatın pay bölgüsü ilə və digər məsələlərlə bağlı detallar açıqlanmayıb.

İqtisadi təhlilçi Natiq Cəfərli bildirib ki, yataqla bağlı razılaşmaya əsas maneə Rusiya idi, çünki rəsmi Moskva regionda açılacaq fürsətləri öz qaz siyasətinə rəqib kimi görürdü. Onun fikrincə, rəsmi Aşqabadla danışıqlara Avropa İttifaqı da qatıldı və Birlik Rusiyaya onun "Şimal axını - 2" layihəsi ilə bağlı təzyiq göstərdi: “Şimal Axını- 2" Rusiya üçün həyati əhəmiyyətli layihədir. Bu layihə Ukraynadan yan keçir. Layihənin tamamlanmasına sonuncu 50 km qalıb. Bu layihə Avropa İttifaqı və Amerikanın müqaviməti ilə üzləşib. Hesab edirəm ki, Qərb Rusiyaya "Şimal Axını - 2" vasitəsilə ciddi təzyiq yaradaraq əvəzində "Trans - Xəzər" layihələrinin həyata keçirilməsi üçün maneələrin aradan qaldırılmasına çalışır”. Şərhçi Bryus Pannier isə deyir ki, yeni əməkdaşlıq zəminində Azərbaycan üçün fürsətlər yaranır ki, TANAP kəmərini həm də Orta Asiya qazı ilə doldursun.

Bundan başqa Orta Asiya qazını Avropaya çatdıracaq "Trans - Xəzər" layihəsi üçün də imkanlar açılır. Bütün bunlar isə Azərbaycanın öz neft-qazı bitərsə belə, tranzit ölkə kimi beynəlxalq əhəmiyyətini saxlamağa imkan yaradır. (Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 445




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap