Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nişan mərasimində gəlin və daha 10 nəfər zəhərlənib- Mingəçevirdə

Tarix 13.08.18, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevir şəhərində nişan mərasimində gəlin və daha 10 nəfərin zəhərlənməsinin təfərrüatı məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, avqustun 12-də şəhərin Günəşli yaşayış massivində Araz Aşurovun həyətində qızı Xumarənin nişan mərasimi keçirilib və tədbirdə 60 nəfər iştirak edib.

Qonaqlara plov, dolma, doğva təamları və müxtəlif salatlardan təklif olunub. Müəyyən müddət sonra qonaqların halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova dəa mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəsrəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan -oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.

Artıq xəstəxana şəraitində müalicə alan xəstələrdən 7-si mərhələli şəkildə evə buraxılıb. Yalnız 5 yaşlı Şəfa Mirzəliyevanın müalicəsi hələ də davam edir. Ağdaşdan olan digər üç zərərçəkənin də vəziyyətinin normallaşdığı bildirilir.

Qeyd edək ki, hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.

 



Xəbərin oxunma sayı : 283




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap