Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nigar Acunu biabır etdi: “650 dollar istədi“

Tarix 08.12.18, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə aparıcı Acun Ilıcalının rəhbərlik etdiyi TV8 televiziya kanalından Azərbaycanın əməkdar artisti Nigar Şabanovaya təklif gəlib.

Axşam.az big.az-a istinadən xəbər verir ki, bu günə kimi müxtəlif xarici ölkələrdə Azərbaycanı təmsil edən, hər dəfə də birincilik qazanan xanəndədən reportaj hazırlanması qarşılığında ödəniş tələb olunması onu özündən çıxarıb.

O, müsahibəyə görə pul istənilməsini gülünc hesab edib:
"Bu gün səhər Acun bəyin "TV8" kanalından köməkçimə zəng vurublar, şəxsən danışmaq istədiklərini bildiriblər. Və danışdıq, təklif çox gülməli idi, utandım: "Nigar xanım, ayın 19-dan sonra Azərbaycana gələcəyik, sizdən reportaj almaq istəyirik bir amması var. 650 dollar ödəniş olmalıdır. Mən hələ bu günə qədər mənə xeyir verən, məni yüksəklərə qaldıran televiziyalarımıza bir qəpik pul verməmişəm. Halbuki gəlirimi vətənimdə qazanıram".

N.Şabanova türk kanallarının azərbaycanlı ifaçılardan reportaj hazırlamaq üçün pul istəməsində müğənnilərimizi günahlandırıb. 

O hesab edir ki, azərbaycanlı müğənnilər Türkiyədə heç kimə lazım deyil:

"Biz məgər kanallarımıza türk müğənniləri dəvət edəndə onlardan pul istəyirik? Buna səbəb müğənnilərimizdir, çünki Türkiyə kanallarına yalvarıb pul verib çıxırsınız, etməyin. Siz orada heç kimə lazıım deyilsiniz. Azərbaycan musiqisi qızıldır, məgər qızılı satanda üstündə pul da verirsiniz ki, qızılı alın? Azərbaycan musiqisi səslənəndə bütün dünya baş əyməlidir!”.



Xəbərin oxunma sayı : 220




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap