![]() |
|














Niyazi Bayramov həbsin bir addımlığında - Nazir qudası onu xilas edə biləcəkmi?
Tarix 11.01.21, 11:45 |
|

Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
AzFakt.com-un əldə etdiyi məlumatlara görə 2020-ci ilin ortalarından Gəncə şəhər İcra Hakimiyyətində başladılan araşdırma sentyabr ayının 27-də başlayan müharibəyə görə bir müddət dayandırılıb.
Araşdırmanın dekabr ayından yenidən başladığı deyilir.
Rəsmi orqanlarının araşdırmalarına səbəb Gəncəyə son iki ildə ayrılan vəsaitlərin aidiyyatı üzrə xərclənmədiyi, külli miqdarda mənimsəmələrə yol verildiyi barədə şübhələrin olmasıdır.
Məlumata görə həbsin bir addımlığında olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov özünü qorumaq üçün müxtəlif yollar aramaqdadır. Maraqlı budur ki, bu məsələdə Niyazi Bayramovun qudası Gənclər və İdman naziri Azad Rəhimovun ona kömək edə bilməyəcəyi deyilir.

Azad Rəhimovun qudasına kömək etməkdən boyun qaçırmasına səbəb kimi isə vəzifəsini itirməmək niyyətinin olduğu deyilir.
Qeyd edək ki, Gəncə şəhərinin abadlaşdırılması üçün dövlət tərəfindən hər il on milyonlarla vəsait ayrılır.
Ancaq bu qədər vəsaitlərin hara xərclənməsi barədə müfəssəl məlumatlar verilmir.
Qeyd edək ki, bir müddət əvvəl yerli mediada Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmalar üzərində araşdırma apararaq ciddi korrupsiya halları müəyyənləşdirmişdi.
Sayt həmin araşdırmasında ata-oğulun adına açılan MMC-lərin Gəncə Şəhər İcra Hakimiyyətinin yüz min manatlıq tenderlərinin qalib elan edilməsindən yazırdı.
Araşdırmanı təqdim edirik:
"2020-ci ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayrıldı.
Dövlət başçısının Gəncə şəhərinin abadlaşmasına ayırdığı milyonlarla vəsait necə xərclənir?

Gəncə Şəhər İcra Hakimiyyətinin qeyd olunan tarixdə səkkiz lot üzrə keçirdiyi katirovka sorğularının və açıq tenderlərin ümumi məbləği 298.403 (iki yüz doxsan səkkiz min dörd yüz üç) manat təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "idarənin sair xərcləri" (31.120), "bərk inventarın alınması" (60.716), "digər maşın və avadanlıqlar" (62.780) üzrə katirovkanın və tenderin qalibi "ELEQANT R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "avadanlıqların alınması" (19.492), "əsaslı təmir işləri" (54.890), "digər alış və xidmətlər" (13.000) üzrə katirovkanın və tenderin qalibi isə "QUBA TİKİNTİ SERVİS R" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "Xidməti maşınlar üçün alınacaq maşın - mexanizmlərin ehtiyat hissələrinin satın alınması" (10.650) və "sair xərclər" (15.880) üzrə katirovkaların qalibi isə "STAMUS R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi hansı MMC-lərdir?
Araşdırma zamanı məlum oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət ("QUBA TİKİNTİ SERVİS R", "STAMUS R", "ELEQANT R") eyni ildə, eyni ayda və eyni gündə - 2017-ci ilin noyabr ayının 27-də təsis edilib.
Nizamnamə kapitalları 10 (on) manat olan hər üç MMC-nin hüquqi ünvanı da həm eyni, həm də qeyri müəyyəndir: Quba rayonu, Amsar kəndi.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Bu şirkətlərin isə nə əlaqə telefonu, nə faktiki ünvanı, nə də Web ünvanı yoxdur.
Bəs, görəsən, maliyyə imkanları, hesabatları, maddi-texniki bazaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayının nə qədər olması da qaranlıq olan şirkətlər necə oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səkkiz lot üzrə sifarişçi olduğu katirovka və tenderlərin qalibi ola bildi?
Qalib olan şirkətlər ata-oğulundur
Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də sifarişçi olduğu iki katirovka sorğusunun və bir açıq tenderin qalibi olan "QUBA TİKİNTİ SERVİS R" MMC-nin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur.
İcra Hakimiyyətinin tenderlərinin digər qalibi - "ELEQANT R" MMC-nin qanuni təmsilçisi isə Cəfərov Mehman Rafiq oğludur.
Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 15-də sifarişçisi olduğu tenderin üçüncü qalibi "STAMUS R" MMC-nin qanuni təmsilçisi də Cəfərov Mehman Rafiq oğludur.
Məlumata görə Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, "QUBA TİKİNTİ SERVİS R" MMC-nin rəhbəri 1966-cı il təvəllüdlü Cəfərov Rafiq İmamqulu "ELEQANT R" və "STAMUS R" MMC-lərin rəhbəri Mehman Cəfərovun atasıdır".
Qeyd edək ki, dövlətdən maliyyələşən təşkilatların, əsasən də icra hakimiyyətlərinin sifarişçi olduqları satınalmalarda "otkad" əməliyyatları aparılaraq, məbləğin müəyyən hissəsinin nağdlaşdırılaraq sifarişçiyə qaytarılması barədə dəfələrlə mətbuatda yazılıb.
Ötən ilin may ayının 6-da Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.
Xəbərin oxunma sayı : 2032
loading...
Sosial
Xəbərlər
-
Ordusu olmayan ölkələr: Onları kim və necə qoruyur? (SİYAHI)
-
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
-
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiqlənib –Sərəncam
-
Bayden mühüm vəzifələrə namizədlərini açıqladı –Dövlət katibinin müavinləri kimlər olacaq?
-
“Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır“ - Hikmət Hacıyev
-
13 saylı cəzaçəkmə müəssisəsində məhkum niyə ölüb? –Xidmətdən açıqlama
-
“Müsavat Partiyası məndən qəsb olunub” - Rauf Arifoğlu
-
“Ülkü Ocaqları Şuşada məktəb tikəcək“...“ - “Şuşa türk mədəniyyəti və tarixinin simvoludur“ + VİDEO
-
Paşinyanın oğlu da Moskvaya getdi - VİDEO
-
Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcək? - Açıqlama
-
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?- Statistika
-
Prezident İlham Əliyevlə Ərdoğan telefonla danışıb –Qarabağla bağlı müzakirə aparılıb
-
Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub - VIDEO
-
Azərbaycanda daha 402 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib –650 nəfər isə sağalıb
-
Şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır - Aprelin 1-dək
-
“Azərlotereya” türk şirkətinin idarəetməsinə verildi –Sərəncam
-
Ağdamın Şelli kəndindən görüntülər - VİDEO
-
Yanvarın 18-dən 5 şəhər və 12 rayonda karantin postları ləğv ediləcək –DYP açıqlama yaydı
-
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra yenidən azan səsləndirilib –VİDEO
-
“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir”- Açıqlama
-
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb - Daha 2 milyon doza alacaq
-
Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
-
Bakıya və rayonlara qar yağacaq - Xəbərdarlıq
-
Yanvarın 25-dən ticarət obyektləri açılacaq - Rəsmi
-
Kəlbəcərin Hacıkənd kəndinin görüntüləri - VİDEO
-
Yanvarın 25-dən bərbərxana və gözəllik salonları açılır - QƏRAR
-
“Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir“ - Səhiyyə Nazirliyi
-
“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib”- Azərbaycan Prezidentinin köməkçisi
-
ABŞ Çinə qarşı sanksiya siyahısını genişləndirib – Honkonq məsələsinə görə
-
Rusiyada kütləvi vaksinasiyaya başlanılır- Yanvarın 18-dən
-
Azərbaycanda sərt karanatin rejimi yumşaldılır - Yeni qərarlar
-
Bu tarixdən “SMS“ icazəsi ləvğ olunur - RƏSMİ
-
TƏBİB vaksindən ölümə görə kompensasiya veriləcəyi ilə bağlı iddialara münasibət bildirib
-
Paytaxt küçələri yenidən dezinfeksiya edilib - FOTO
-
“WhatsApp” şəxsi məlumatlarla bağlı müqavilə tələbindən geri çəkildi –Bəyanat
-
Vüqar Səfərli istintaqda Əli Həsənovu “satıb”… – Jurnalistlərə tikilən 3 binada 26 milyon yeyinti olub?!
-
“Dəli tərəfimlə qarşılaşmayın“ - Günaydan fərqli fotosessiya
-
Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir?
-
“700 milyon manat büdcəyə ödətdirilib...”- Fikrət Məmmədov
-
Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb –ƏƏSMN
-
“Azərenerji”nin sədri Baba Rzayevin şirkəti “Azərenerji”yə xüsusi geyimlər alacaq...
-
Səfərbərlikdən qayıdan şəxslərin 1158 müraciətinə baxılıb –Müdafiə Nazirliyi
-
Rusiya “Açıq səma“ sazişindən çıxır - XİN prosedurlara start verib
-
Akademiya dəftər-qələmə 4 milyon manat xərcləyəcək: Texniki səhv, yoxsa fövqəl tender? - FOTO
-
“Makron öz əli ilə Ərdoğana məktub yazıb“ - “Dəyərli Tayyib...”
-
“Gecəni Şuşada qalmağa qərar verdik...“ - İlham Əliyev
-
Prezident Cıdır düzündə paxlava ilə çay içib - “Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!“ +VİDEO
-
Çin hökuməti beynəlxalq tibb ekspertlərini ölkəyə buraxmadı – Bu səbəbdən
-
Tramp üçün “19 yanvar” müəmması:“Dərin dövlət“ Tramp dəftərini qapada biləcəkmi?
-
Azərbaycanda daha bir Agentlik yaradıldı - Fərman
-
Daha 349 nəfər koronavirusa yoluxub – 494 nəfər sağalıb, 12 nəfər vəfat edib
-
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq – İbrahim Məmmədov
-
Ağdamın Qasımlı kəndindən görüntülər - VİDEO
-
“Siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız?“ - Prezident Qarabağdakı separatçılara
-
Bulvarda 3 milyonluq “kupça“lı obyekti sökdülər - 1 manat da ödəmədilər + FOTO
-
“İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm“ - Mehriban Əliyeva
-
Azərbaycan Prezidenti:“Böyük qayıdış başlayır”
-
“Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)
-
Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın “Güllələnmiş heykəllər“i Şuşaya qaytarıldı - FOTOLAR
-
İşğaldan azad edilən ərazilərin su ehtiyatlarının həcmi açıqlanıb –AMEA
-
Prezident İlham Əliyev Şuşada - “Biz onlara elə toy tutmuşuq ki...“ VİDEO+FOTOLAR
-
Bakıda karantin rejimini pozan kafelər aşkarlanıb –28 nəfər cərimələnib
-
Prezident İlham Əliyev Xocavənddə –VİDEO
-
Cəbrayılın Böyük Mərcanlı kəndindən yeni görüntülər yayıldı –VİDEO
-
Lavrov və Cavad Zərif Dağlıq Qarabağı müzakirə edəcəklər –Rusiya XİN
-
Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq –TƏBİB
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər –VİDEO
-
Son 10 ilin ən yaxşı qapıçıları - SİYAHI
-
İqbal Ağazadədən Putinə müraciət: “Ya yaxşı qonşu olun, ya gedin!“
-
Şəhid Müqəddəs Qədirovun son sözləri: Sağ-salamat qayıda bilməsəm, Vətən sağ olsun
-
ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu - SƏNƏD
-
Onlayn təhsilin problemləri və reallıqlar - ARAŞDIRMA
-
ABŞ iç savaşa sürüklənir: Kəşfiyyat silahlı iğtişaş mesajı verdi, ordu paytaxta yeridilir
-
“Həmsədrlərdən imtina bizə lazım deyil“ - “Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək...“
-
Vətən müharibəsinin Füzuli uğrunda şəhid olan qubalı qəhrəmanı - VİDEO
-
ABŞ Çinin 9 şirkətini “qara siyahı”ya salıb –Aralarında “Xiaomi” də var
-
Mətbuat sahəsində hansı islahatlar həyata keçiriləcək? – Əhməd İsmayılov bütün sualları cavablandırdı
-
Nazirlikdən vulkanla bağlı açıqlama:“2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb“
-
“Türk Messi“ “Yuventus“ yolunda - 10 milyon avro...
-
“Erməni xalqı bilir ki, Qarabağ Azərbaycan torpağıdır” - Paşinyanın köməkçisi + VİDEO
-
Şəhid baş leytenant bu gün dəfn olunub –FOTO
-
“İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə...“ - XİN-dən Ermənistana sərt xəbərdarlıq!
-
“Lotu Guli”nin qətlinə görə “Rövşən Lənkəranski”nin iki adamı yaxalanıb - Onlar Kiyevə qaçmaq istəyirdi...
-
"Xalqımız Qarabağda qələbəni Azərbaycanla birgə qeyd etdi" - Pakistanın Baş naziri
-
Silvio Berluskoni xəstəxanaya yerləşdirilib –Sabiq Baş nazirin ürəyində problem yaranıb
-
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur” (VİDEO)
-
Lukaku ən yaxşı oldu - FOTO
-
Çin vaksini nə dərəcədə etibarlıdır? - Araşdırma
-
Azərbaycanda 380 yeni yoluxma faktı qeydə alınıb - 1 159 nəfər sağalıb
-
Milyonların Şəhidi - Əmrah Rəcəbov
-
Paşinyanın ailəsi Ermənistanı tərk etdi – Rusiyaya köçürlər
-
“Yerli mal olsun, xarici oğlana ərə getmərəm“ - Pərvin Abıyeva - VİDEO
-
Tibbi sığorta haqlarının yığılmasına başlandı - Kimlər ödənişdən azaddır?
-
Vüqar Səfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi – Məhkəmə prosesi
-
Əli Həsənov məşhur passajı satışa çıxardı: Yır-yığış edir?
-
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? (Açıqlama)
-
Ermənistan müxalifətinin baş nazirliyə namizədi:“Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır“
-
Əli Həsənovdan Səfərlinin həbsinə reaksiya - "...Danışmaq istəmirəm"
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank rəsmi məzənnəni açıqladı
-
Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürüb
-
Polad Həşimovun qisasını almağa gedən şəhid - VİDEO
-
Bu marşrutlarda qiymətlər artırılıb - VİDEO
-
“İmtahanlar zamanı bir nəfərdə belə yoluxma qeydə alınmayıb” - DİM sədri
-
“Pakistan hər zaman Azərbaycanın yanında olacaq“ - Pakistanın Baş Qərargah rəisi
-
Vüqar Səfərli həbs edildi - Rəsmi açıqlama
-
“Əli Həsənovun biznesi kənar müdaxilələrlə çökdürülüb“ – “Ləğvetmə cinayət məsuliyyətindən azad etmir”
-
Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO+FOTOLAR
-
“Azərxalça“ ASC sədrinin həbsilə bağlı yeni iddia - Dövlətin 50 milyonluq proyektini batırıb
-
1992-ci ildən gedə bilmədiyimiz Hadrut - VİDEO
-
“YAŞAT” Fonduna nə qədər vəsait toplanıb? – Məbləğ açıqlandı
-
Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı - VİDEO
-
Vətən müharibəsində şəhid olan hərbi qulluqçu Tovuzda dəfn edilib - FOTO
-
Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
-
Baydenin andiçməsi günündə Vaşinqtona 20 min milli qvardiyaçı göndəriləcək - Açıqlama
-
Şuşa istiqamətində hərbçilər qəzaya düşüb - 1-i ölüb, 2-si yaralanıb
-
Yeni agentliyin rəhbəri:“Çap mediasına köməklik göstərməliyik“
-
Xocalı yol idarəsinin əməkdaşı minaya düşərək xəsarət alıb – Prokurorluq açıqlama yaydı
-
Füzulinin Qərvənd kəndi –VİDEO
-
Milli Məclisin deputatları tətildən qayıdır - Sabah
-
Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi - Senatın qərarı necə olacaq?
TOP 10
ARXİV