Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Niyə gündə 8 saat çalışırıq?

Tarix 15.05.17, 18:18

Font ölçüsü : - / +
bitmap-img6


Gərgin iş rejimindən bir çoxumuz şikayətlənirik. Özümüzə vaxt ayıra bilməməmiz, iş saatlarının çoxluğu hər zamankı deyinmələrimizin sırasındadır

 Bir çox hallarda işlərimizi qurtarandan sonra özümüzə vaxt ayırsaq da, yorğunluq canımızdan çıxmır.

Bu gün də həftənin ilk iş günüdür. Pis-yaxşı, həftə sonunda istirahət edə bilmişik. Amma bizi qarşıda 5 gün, hər biri 8 saat olmaqla iş qrafiki gözləyir. Niyə 8 saat, bunu bilirsizmi?

Musavat.com Türkiyə mətbuatına istinadən bizə gündə ən azı 8 saat işləməyi diqtə edən sistemin tarixçəsindən yazır.

Gündə 8 saatlıq iş rejimi fikri 19-cu əsrdə sənaye inqilabı zamanı Britaniyada ortaya çıxıb. Səbəbi isə gündə 16 saat çalışdırılan işçilərə rahat bir nəfəs aldırmaq olub. Texnologiyalar inkişaf etdirildikcə bütün sektorlardakı işçilər daha qısa zamanlarda daha çox iş görməyə, necə deyərlər, faydalılıq əmsalı nümayiş etdirməyə başlayıb. İlk baxışda bunun daha qısa iş günlərinə yol açdığını da düşünə bilərsiniz.

Amma günümüz dünyasında vəziyyət bir qədər fərqlidir. Məsələn, bir ofis işçisi günün cəmi 3 saatı boyunca üzərinə düşən işi görə bilirsə, 8 saat boyunca ofisdə oturmasının mənası nədir? Şirkətlər, rəsmi iş yerləri insanların 8 saatını satın almaqla onlarda bir qədər də tənbəllik yaradırlar. Düşünün, işçi gün ərzində üzərinə düşən işi 8 yox, 3 saat ərzində bitirir. Geridə qalan müddətdə isə kompüterində, telefonunda film, reklam izləyir.

Son nəticədə nələr baş verir? Bizlər yorğun, zövq almağa ac, komfort və əyləncə üçün pul verməyə istəkli və ən önəmlisi isə sahib olmadığımız şeyləri istəməyə davamlı meylli olan fərdlər halına gəlirik. Dayanmadan nələrisə tükədirik. Hər zaman nələrsə satın almaq istəyirik. Çünki daima bir şeylərimiz əskikmiş kimi görünür.

Dünya iqtisadiyyatı isə insanların zövq və asılılıqları nəzərə alınaraq inşa edilir. Necə deyərlər, sevinmək, özümüzü mükafatlandırmaq, problemlərimizi həll etmək və can sıxıntısından qurtulmaq üçün pullar xərcləyirik. Araşdırmalara görə, iqtisadiyyatların “ayaq üstə” qalmasının tək bir yolu var. Bu da insanları qeyri-sağlam həyat tərzinə araşdırmaqdan ibarətdir.

Yəni, 8 saatlıq iş mədəniyyəti insanı hər problemin həllinin satın almaqdan keçdiyinə inanacağı bir doyumsuzluq səviyyəsində tutur. İnsanların pula olan münasibəti ‘Parkinson Qanunu’ ilə səsləşir. Parkinson Qanunu deyir ki, bir işi həll etmək üçün nə qədər zaman verilərsə, o işi görmək də o qədər davam edər.

Nə qədər çox qazanırıqsa qazanaq, o qədər çox pul xərcləyirik. Qazanmağa başlayınca birdən bizə “elə gəlir” ki, xərclərimiz də artıb, bunları da həll etməliyik. Yaxşı, bəs bundan necə qurtulaq? Sistemin oyuncağına çevrilməmək üçün mütləq qaçıb meşələrdə yaşamağa başlamalıyıq? Xeyr.

Sadəcə, ticarətin bizdən nələr istədiyini, nə məqsədlə istədiyini anlamaq lazımdır.Unutmayın, nəyi nə qədər xərcləmək bizim əlimizdədir. Önəmli olan doğru qərar vermək və iş başında keçirdiyimiz saatların bədəlini havaya sovurmamaqdır.



Xəbərin oxunma sayı : 145




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap