Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır” Bella Hadid alt paltarı reklamında - Fotolar İrina Şeykdən ayrılıq xəbərlərinə cavab “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva
Axtar
 
  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

  • / Maqazin / — 31 Oktyabr 2018

    “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva

  • / Maqazin / — 23 Oktyabr 2018

    Hadisə köhnə sevgilisini xatırlayıb ağladı - Video

  • / Maqazin / — 19 Oktyabr 2018

    Qüsursuz bədənini belə göstərdi - Fotolar

Noyabrın 6-nı niyə səbirsizliklə gözləyirik? - ABŞ və dünyanın taleyini dəyişə biləcək gün

Tarix 03.11.18, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Elə ilk günlərdən siyasi manerasında Vladimir Jirinovskini xatırladan bəzi detallar sezsək də, etiraf edirik ki, Donald Trampın hakimiyyətə gəlməsini çox istəyirdik. Amma bu maraq iki əsas amillə şərtlənirdi.

Öncə ABŞ siyasətinin nə dərəcədə personifikasiya olunduğunu, ənənəvi dövlət “siyasi maşını” ilə lider arasındakı nisbəti bilmək istəyirdik.

İkincisi də bizimçün başqa bir detal da az maraq kəsb etmirdi. O da bu idi ki, on illərlə ABŞ-la Rusiya arasında soyuq münasibətləri seyr etmək üçün çox imkanımız olmuşdu, amma isti münasibətləri müşahidə edə bilməmişdik və elə bu səbəbdən də bizimçün bir məsələ olduqca maraqlı idi ki, görək, ABŞ-la Rusiyanın dostluğu necə olur?..

Amma hər iki məsələdə, necə deyərlər, oxumuz daşa dəydi. Birincisi, indiyədək, bəli, düz iki il keçməsinə baxmayaraq, ABŞ siyasət maşını ilə D.Tramp arasında çəkişmə-boğuşma davam edir və bu artıq bizim üçün maraqlı deyil, ona görə ki, bundan böyük siyasətdə qarmaqarışıqlıqdan, xaosdan və ətalətdən başqa heç nə yaranmadı.

O ki qaldı iki dövlətin “dostluğ”una, Tramp hələ də onu Rusiyanın köməyilə hakimiyyətə gəlməkdə qınayanlardan canını qurtara bilmir və düşünürük ki, heç vaxt da qurtarmayacaq da, çünki cəmiyyət bunu unutsa da, siyasi rəqibləri unutmayacaq, belə ki, onların əlində Trampa qarşı hələki bundan kəsərli arqument yoxdur.

Qərəz, bu iki il hətta sınaq illəri də olmadı, əsl məşəqqət oldu, cənab Tramp böyük siyasətdə o qədər problem yaratdı ki, onları sadalamaqla bitən deyil.

Məsələn, əvvəllər heç düşünmək belə olmurdu ki, ABŞ-la, onun ən etibarlı müttəfiqi olan Avropa arasından sərin sular keçər və yaxud da digər yaxın bir müttəfiqlə - Türkiyə ilə ziddiyyətlər bu qədər çılpaq forma alar. Amma indi bütün bunlar acı reallıqdır və heç də röya deyil, gercəklikdir.

ABŞ-ın dövlət katibi ciddi şəkildə Ankaranın NATO-nu tərk edə bilməsindən bəhs edir. Amma bunun təməl səbəblərinə qətiyyən toxunmur və heç yada da salmır ki, bir səbəb də budur ki, eyni ciddiliklə D.Tamp da ABŞ -ın NATO-nu tərk edə bilməsindən danışır, lap elə bizim müdrik Azərbaycan xalqımız demişkən: balıq başından iylənər...

O səbəbdən də çox adam noyabrın 6-nı gözləyir. Həmin gün aralıq seçkilər olacaq. Konqresin 100 senatorundan 35–i, nümayəndələr palatasının 435 üzvünün hamısı, üstəlik də 39 qubernator təzədən seçiləcək. Ən əsası da budur ki, seçki ərəfəsində demokratlar çox inamlı görünür.

Əlbəttə ki, bu hələ prezident seçkisi deyil, çünki prezident seçkisi iki ildən sonra – 2020 ildə baş tutacaq. Amma amerikalı təhlilçilər bunu iki ildən sonra baş tutacaq prezident seçkilərinin üverturası adlandırırlar.

Amma bizə elə gəlir ki, seçki bütün hallarda Trampın problemlərini azaltmayacaq, əksinə, artıracaq, çünki onun respublikaçılar arasında belə opponenetləri az deyil və bu adam iki il keçməsinə baxmayaraq hələ də özünü partiyasının lideri kimi təsdiq edə bilməyib, hətta amerikalı təhlil adamları demişkən, öz komanadasını belə yaratmağa müvəffəq olmayıb!

Həm də ola bilsin, ötən iki il ərzində respublikaçılar özlərinin növbəti seçki üçün liderlərini də təxmin edə biliblər. Kimsə üçün sirr deyil ki, onlar D.Trampa əvvəl heç dəstək vermək belə istəmirdilər. Amma seçki bütün hallarda seçkidir və burada qeyri-müəyyənlik və sürpriz elementi həmişə bol olub. Məsələn, üç il bundan əvvəl kimsə təxmin edə bilərdimi ki, Ağ Evin növbəti sakini cənab Tramp olacaqdı? Ona görə də nəticələrlə tələsmirik...

Ən əsası da bizə elə gəlir ki, ən əsas problem tamamilə başqa müstəvidədir. Söhbət ABŞ siyasətinin və liderlərinin yeni gerçəkliklər fonunda davranış tərzindən gedir. Hələ 90-cı illərdə bir çox amerikalı politoloqlar, xüsusən də soyuq müharibə apologetləri – Z. Bjezinski və digərləri öz geostrateji ssenarinlərində ölkələri üçün əlahiddə missiya, faktiki olaraq dünya imperiyası rolu ayırırdılar. Əlbəttə ki, politoloqlar təxəyyüllərinə meydan verə bilərlər, amma ABŞ-ın dünya siyasətində davranışı ən azı onun özünün illərlə deklarasiya etdiyi prinsiplərə zidd olmamalıdır.

Məsələn, yüksək inkişaf templəri nümayiş etdirən Çinin ABŞ üçün ən böyük təhlükə olması ilə bağlı D.Trampın “bəyanat”larını sakitcə, əsəbsiz dinləmək olmur. Axı Çin bir ölkə olaraq nə edib? Məgər irəli getmək və inkişaf etmək cinayətdirmi?

Yaxud da Türkiyə ilə münasibətləri götürün. Rəcəb Tayyib Ərdoğan siyasi partnyor kimi, əlbəttə ki, ideal tərəfdaş deyil, amma ona qarşı ABŞ-da dəyənək saxlamaq nə qədər düzgündür? Ya da Avropa ilə münasibətləri yada salın....

Bəli, hamı etiraf edir ki, bir çox parametrlərə görə ABŞ hələ ki dünya lideridir, amma bu, qətiyyən dünya ağası anlamına gəlməməldir, axı amerikalılar özləri də deyirlər ki, “ağalar və qullar” söhbətinə ötən əsrin 60-cı illərində son qoyuldu...

Hüseynbala Səlimov



Xəbərin oxunma sayı : 325

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda