|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Nura Suridən ŞOK SÖZLƏR: “Hamının yanları iri, sinəsi yekə...”
Tarix 30.10.18, 15:32 |
|
Bir neçə gün əvvəl “Sevgi romanı” ilə dillərə düşən müğənni Nura Suri Publika.az-a müsahibə verib.
Yeni işlərindən danışan sənətçi söhbət zamanı icazə verdi ki, onun mənəvi dünyasına kiçik səyahət edib ürəyindəkiləri oxuyaq.
- Nura xanım, sirr deyil ki, bu gün istər dünya ulduzları, istərsə də, bir çox yerli ulduzlar layihələrinin səs-küy gətirməsi və izlənməsi üçün bədəninin gözəlliyini klipdə maksimum dərəcədə nümayiş etdirməyə çalışır. Sizin kliplərdə isə bütün bunlar müəyyən çərçivədən kənara çıxmır.
- Dünyada baş alıb gedən bu tendensiyanı birmənalı şəkildə tənqid edirəm. Baxırsan ki, dörd oktavalıq səsi olan da, səsi olmayan da seksual kliplər çəkdirir. Fərqi tapa bilmirsən. Belə qərara gəldim ki, bütün bunlar sevgini dəbdən salmaq üçün görülən işlərdir. Məşhurlar öz layihələrində sevgini yox, seksi reklam edir. Halbuki dünyanın xilası sevgidədir...
- Sizcə, bu, yeni yetişən nəslin psixologiyasına təsir edir?
- Ümumiyyətlə, xarici kliplərin və filmlərin təsiri çox böyükdür. Bəlkə də bu, dünyadakı artımın qarşısını almaq üçün görülən tədbirlərdir. Sevgidən doğulan insanlar daha mükəmməl və daha ağıllı olur, həmişə seçilir. Ola bilsin dünyanı idarə edənlərə lazımdır ki, artımın qarşısı alınsın.
Dolayısı ilə müxtəlif cinsi oriyentasiyalar yaranır. Əgər əvvəllər seksual oriyentasiyalar az idisə, bu gün onların üzvlərinin sayı arta-arta gedir. Bu, nə üçün baş verir? Çünki belə adamların övladları olmur, nəticə etibarı ilə dünyada insan sayı azalmağa başlayır.
Hesab edirəm ki, insanlar bir-biri ilə canlı ünsiyyətə daha çox meyil etməlidir, virtual həyatdan uzaqlaşmalıyıq. Elə bir zəmanəyə çıxmışıq ki, sanki insanlarda zombiləşmə gedir, həyata və insanlara qarşı biganəlik hökm sürür. Hissiyyatsız, sevgisiz insanın zombidən nə fərqi qalır? Biz hər şeyi öz ehtirasımız üzərində və kefimizə uyğun şəkildə qura bilmərik. İnsanın qəlbimdə mərhəmət, qəm, vicdan hissi cəmləşməli və bu, balanslaşdırılmış reseptə uyğun tənzimlənməlidir.
- Sizi idarə etmək istəyən və fikirlərinizi dəyişdirmək istəyən insan olubmu həyatınızda?
- Hamı kimi dünyaya göz açandan mən də idarə olunmuşam. Nə öyrədilibsə, onun daxilində düşünmüşəm. Məsələn, məktəbdə oxuyarkən bizə darvinizm nəzəriyyəsi tədris olunub. İnanmışam ki, meymundan əmələ gəlmişik. Çünki bu araşdırma məktəb dərsliklərində yazılmışdı. Böyüyəndən sonra insanın təkamül nəticəsində meymundan əmələ gəlməsi nəzəriyyəsi inkar edildi. Söhbət ondadır ki, istəsək də, istəməsək də beynimizə bu və ya digər şəkildə yeridilən fikirlərlə bu günə qədər yetərincə idarə olunmuşuq.
Bu gün özümdə güc toplayıb beynimə yeridilən fikrə tabe olmuramsa, deməli, xoşbəxtəm. Yaxşı ki, 40 yaşıma kimi bunları düşünməmişəm, indi anlayıram. Hər deyilən sözə aldanmaq lazım deyil. Təbliğatla idarə olunuruq, məsələn, sovet dövründə pəhriz sözü xəstəliklə assosiasiya olunurdusa, indi hamı pəhriz saxlamağa çalışır.
- Müasir dövrün gözəllik standartları haqqında nə deyə bilərsiniz?
- Sadəcə təəssüf edirəm. Fikir versəniz, estetik əməliyyat etdirən qızların burnu, dodaqları və göz quruluşu bir-birinə çox oxşayır. Bir çox xanımlar anlamır ki, hamı bir ölçüdə ola bilməz, hamının yanları iri, beli incə və ya sinəsi böyük ola bilməz, yaxud da hamının üz cizgiləri eyni ola bilməz. Əslində bu, gözəllik sənayesinin daha çox qazanmaq üçün dəbə gətirdiyi yeni standartlardır. Gözəllik anlayışı dəb sənayesi bu gün sosial şəbəkələrin təsiri altında formalaşır. Lakin zahiri gözəlliyin təbliği yuxarıda dediyim kimi, daha mühüm bir məqamın - daxili gözəlliyin kölgədə qalmasına səbəb olur. Fikirlərimiz kimi bədən quruluşu və üz cizgiləri də müxtəlif olmalıdır. Bu, insanlara individuallıq verən göstəricilərdir. Nə yazıq ki, qızlar öz individuallağından könüllü sürətdə imtina edir.
- Əksər həmkarlarınızın əlavə qazanc mənbələri var. Bəs siz bizneslə məşğul olmağı düşünürsünüz?
- Bu barədə danışıqlar və iş görüşləri gedir. Orqanik məhsulların satışını həyat keçirmək istəyirəm. Mağazadan un da almıram, unu dəyirmanda üyütdürüb gətirirəm. Artıq neçə illərdir ki, çörəyi evdə bişiririk. Bizim evdə konfet və hazır şirniyyat məmulatları görə bilməzsiniz. Tərkibi mənə məlum olmayan heç bir qidanı qəbul etmirəm və bunu övladlarıma da öyrədirəm. Balaca oğlum da o mağazada satılan hazır şirniyyat məhsullarını yemir. Şirniyyatı evdə özümüz və təbii məhsullardan hazırlayırıq. Sağlam həyat tərzini həm təbliğ etmək, həm də bu sahədə biznes yaratmaq üzərində düşünürəm. Bu yolla həm savab, həm də pul qazanaram.
- “Sevgi romanı” klipində tərəf müqabiliniz sizə üzük hədiyyə edir, amma sonra geri alır. Hədiyyə paketinin içində it gətirir, sonra məlum olur ki, qonşunundur. Birinci məndə elə təəssürat yarandı ki, burada xəsis kişi obrazı təsvir olunub.
- Yox, əslində bütün bunlar zarafat idi. Sevgilisi ilə zarafat etməyi xoşlayan şən kişi təsvir etməyə çalışmışıq. Məncə, xəsislik və kişi sözü yan-yana dura bilməz. Xəsisliyi kişiyə yaraşdırmıram. Belə bir fikir var ki, kişinin xəyanətini, kobudluğunu, hətta sərtliyini bağışlamaq olar, amma xəsisliyi əsla.
Klipdəki sevgilimin çox bahalı avtomobili, çox gözəl evi var idi. Klip çox yumoristik və şən cütlüyün münasibətindən danışır. Bu ideya çox xoşuma gəldi və sevə-sevə də canlandırdım.
- Yeni mahnınızda deyilir ki, bərk tut əllərimdən, həzz al sevgi hisslərimdən. Maraqlıdır ki, əllərinizdən bərk-bərk tutan və onları itirməkdən qorxan biri var?
- Var, övladlarım.
- Azərbaycanlı xanımlar ana olduqdan sonra ömrünü övladlarına fəda edir, şəxsi həyatı ikinci planda qalır. Belə də olmalıdır?
- Qadının missiyası budur. Allahdan sonra yaradan qadındır, biz dünyaya insan gətirməliyik. Sözsüz ki, kimlərinsə çox övlad dünyaya gətirərək onları onları küçəyə və ya uşaqlar evinə atmasını alqışlamıram. Bu, artıq missiya deyil... Normal insanlardan danışıram, əgər dünyaya övlad gətirmisənsə, onun məsuliyyətini çəkməlisən və bu yolda özünü qurban verə bilərsən.
- Yenidən ailə qurmaq istərdiniz?
- Bəli, niyə tək yaşamalıyam ki? Məni kimsə ailə qurduğum üçün qınayırsa, bu, onun problemidir. Üçüncü şəxsin heç bir haqqı yoxdur ki, şəxsi həyatıma qarışsın. Kiminsə ailəsini dağıtmıram, pis iş görmürəm. Kimsə məni sevirsə, qadını, arvadı və xanımı etməlidir. Sevgisini bu yolla sübut etməlidir. Elə-belə vaxt keçirtməyi və qısa münasibətləri sevmirəm. Özünə dəyər verən qadın belə münasibətlərə razı olmur. İcazə vermərəm ki, kimsə məndən istifadə etsin. Ondansa tək qalaram. Mən ciddi münasibətləri seçirəm.
- İnsan sevmək, sevilmək, əylənmək, deyib-gülmək və inanmaq üçün dünyaya gəlir. Bunların hansı birindən kəsiriniz var?
- Sevgi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyaların yaranmasına səbəb olur. Ümumiyyətlə, sevgi dünyada bütün problemlərin açarıdır. Biz Allahı da sevgimizlə hiss edir və tanıyırıq. İnsanın qəlbində sevgi varsa, deməli, qayğıkeşdir, mərhəmətlidir, səxavətlidir. Yalnız sevə bilən insan başqalarına təmənnasız yardım edib onun halına ürəkdən acıya bilər. Sevgi yoxa çıxarsa, robotdan fərqimiz qalmaz.
- Deyilənə görə, həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda?
- Məndə hər iksi bir-birini tənzimləyir, onlar tandem şəkildə çalışırlar. Elə anlar olur ki, hisslərim, bəzən isə ağlım məni xilas edir.
- Kimi və ya nəyi bağışlamaq istəyirsiniz, amma alınmır?
- Çox vaxt məni incidən insanları yalandan bağışladığımı deyirəm, amma özümlə tək qalanda hiss edirəm ki, bağışlaya bilməmişəm. Bu zaman çox pis oluram, çünki reinkarnasiyaya inanıram. Bu dünyada heç kimə borclu qalmaq olmaz, halallıq prinsipini həmişə gözləmək lazımdır. O biri həyata bu dünyadan özümlə heç nə aparmaq istəmirəm.
- Klip təqdimatında söylədiniz ki, bir çox işləriniz əziyyətlə alınır. Sizcə, bu, nə ilə bağlı ola bilər: Karma, ya göylərin sizə göndərdiyi sınaq kimi?
- Hər işim əziyyətlə alınır. Yəqin ki, insanın özündən asılıdır. Əgər öz beynimizin gücünə inansaq, ətrafımızda baş verən bütün hadisələri çətinliklə də olsa, həll edə bilərik. Bu, çox çətin mərhələdir. Bunun üçün meditasiyalar etmək lazımdır, şəhərdən kənarda təbiət qoynunda çox vaxt keçirməlisən. İlk növbədə özümüzü dərk etməyi öyrənməliyik ki, yolumuza çıxan maneələrlə savaşda qalib olaq və xəyallarımızı gerçəkləşdirə bilək. Məqsədlərimə əziyyətlə nail olsam da, bu, məndə alınır. Artıq öyrəşmişəm. Onu da unutmaq olmaz ki, hər kəsə daşıya biləcəyi qədər yük verilir.
- Bəzən doğru insanlarla səhv zamanda tanış oluruq. Doğru zamanda isə səhv insanlarla qarşılaşırıq. Həyat sizinlə belə oyunlar oynayıb?
- Bu hallar hamıda baş verir, hər şey nisbidir. Odur ki, başqalarını konkret olaraq pisə və yaxşıya ayırmaq istəməzdim. Ailəsi üçün yaxşı olan mənim üçün pis ola bilər. Mütləq ki, o insanlar şüurlu və ya qeyri-ixtiyari olaraq bizə nə isə öyrədir. Düşünmək lazım deyil ki, bu insan qarşıma səhv vaxtda çıxdı və yaxud pis idi. Sadəcə bir-birini anlamayan insanlar var.
Bu hallar baş verməsə, dəyişməzdim. Ümumiyyətlə, dəyişməyən insan bədbəxtdir. Biz başqalarından fərqləndiyimiz kimi dünənimizdən də fərqlənməliyik. Eyni düşüncədə qalmaq inkişaf etməmək və müdrikləşməmək deməkdir. Nə qədər ağıllı olsan da, həyat təcrübən sənin intellektinə bilavasitə təsir göstərir. Əvvəllər çox fərqli idim, hamını özüm kimi bilirdim. İndi istər insanlara, istərsə də problemlərə fərqli yanaşıram. Qazandığım həyat təcrübəsi məni yavaş-yavaş müsbətə tərəf dəyişdi.
- Adətən özümüzün yox, başqalarının səhvlərini daha tez görürük. Başqasının gözüylə özünüzə baxanda gözünüzə necə biri görünür?
- Kənardan özümə baxmağı çoxdan öyrənmişəm. Bu haqda dərslərimiz çox olub. Psixologiyada bizə “Eyvana çıx” adlı dərs keçilirdi. Dərsdə baş verən situasiyaları kənardan müşahidə etməyi öyrənirdik. İki insanın mübahisəsində səhvimi anlamaq üçün mütləq özümü kənardan müşahidə edirəm, özümü başqasının yerinə qoyub hərəkətlərimi analiz edirəm. Bəlkə də həmişə yorğanı öz üzərimə çəkdiyimə görə ailəm alınmır. Çünki ailədə adətən dominant kişi sayılır. Liderlik xüsusiyyətlərinə sahibəm, düşünürəm ki, işlərimi məndən yaxşı heç kim görə bilməz, odur ki, başqasına tapşırmıram.
- Nura Suri çətin qadındır?
- Əksinə, hər sözü açıq-aşkar dilə gətirirəm. Məni çözməyə ehtiyac yoxdur, nə hiss edirəmsə, üzümdə yazılır, səmimiyəm.
Xəbərin oxunma sayı : 907
Maqazin
Xəbərlər
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
TOP 10
ARXİV