Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Oğuzda təbiətə ziyan vuran 51 nəfərə qarşı protokol tərtib olunub

Tarix 19.11.17, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki Regional Qrupundan virtualaz.org-a daxil olan məlumata görə, “Ətraf mühitin mühafizəsi”, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.

Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə, yəni meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt və nəhayət, Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb.

Bundan başqa, Oğuz Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.

Yerli polis tərəfindən qeyd olunan inzibati xətaların aşkarlanması üzrə tədbirlər davam etdirilir.



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap