Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Ocaqverdiyevlərin təşkilatında qalmaqal - həbs edilən qohumlar, saxta sənədlər, 122 nəfər zərərçəkmiş...

Tarix 02.01.19, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Kredit təşkilatının vəzifəli şəxsləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda dələduzluqda və mənimsəmədə ittiham edilirlər. Həbs edilənlər və zərərçəkmişlər qohumdurlar. Onlar bir-birilərini ittiham edirlər.

Musavat.com xəbər verir ki, “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin krediti mütəxəssisi və xəzinədarı işləmiş 1982-ci il təvəllüdlü Zamiq Ocaqverdiyev, MMC-nin baş mühasibi işləmiş 1986-ci il təvəllüdlü Orxan Məmmədov və MMC-nin idarə heyyətinin sədri olmuş 1980-ci il təvəllüdlü Pərvin Əhmədov növbəti dəfə müttəhimlər kürsüsünə çıxarılıblar.

İttihama görə onlar “Hikmət-Ziya Kredit İttifaqı” MMC-də tutduqları vəzifədən, öz qulluq mövqeyindən istifadə ediblər.

Məlumata görə, Zamiq Ocaqverdiyev kredit almaq üçün MMC-yə müraciət emiş ayrı-ayrı şəxslərin şəxsiyyət vəsiqələrinin sürətindən və digər rəsmi sənədlərdən istifadə etməklə həmin şəxslərə guya kreditin ayrılması ilə bağlı sənədləşmə aparıb.

Bununla da ümumilikdə Fizuli rayon sakinləri olan 122 nəfərin adına kredit ayıraraq 442 min manat kredit rəsmiləşdiriblər.

Həmin pulu cəmiyyətin Füzuli rayonu, Horadiz şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 ünvanında yerləşən xəzinəsindən götürüb şəxsi ehtiyaclarına xərcləyiblər.

Həmçinin ittihamda yazılır ki, Zamiq Ocaqverdiyev bundan əlavə öz qohumlarının adına da 121 min manat kredit verilməsini rəsmiləşdirərək ələ keçirib. Başqa bir nəfərdən də depozitə pul qoymaq adı ilə 10 min alıb və aylıq 4 faiz gəlir verəcəyini deyib.
Daha sonra isə şəxsi tanışlığı olan bir neçə şəxsin adına “Kapital Bank”dan kredit götürüb. 

İttihamda yazılır ki, digər iki təqsirləndirilən şəxslər isə bu əməlində Zamiq Ocaqverdiyevə kömək ediblər.

Bu əməlləri törətməkdə təqsirləndirilən hər üç şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. Hökmə əsasən Zamir Ocaqverdiyev 8 il 6 ay, Orxan Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Pərvin Əhmədov barəsində isə şərti cəza təyin edilib.

Hökmdən narazı qalan hər üç şəxs apellyasiya şikayəti verərək barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılıb.

Zamiq Ocaqverdiyev apelyasiya şikayətində bildirib ki, məhkəmə ədalətli qərar qəbul etməyib və əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıb.

Zamiq Ocaqverdiyev deyib ki, vaxtı ilə çalışdığı MMC əmisi oğlu Camal Ocaqverdiyevin və onun ailə üzvlərinin olub. Camal Ocaqverdiyevin oğlu Ziya Ocaqverdiyev də MMC-nin Kredit Komissiyasının sədri olub. 

“Nizamnaməyə əsasən kredit komissiyasının rəyi olmadan heç bir şəxsə kredit verilə bilməzdi. Ziya Ocaqverdiyevin imza etdiyi protokollara uyğun olaraq kreditlər verilib. Ancaq istintaq orqanı Ziya Ocaqverdiyevi məsuliyyətə cəlb etmədi. Camalın balaca oğlu Hikmət Ocaqverdiyev də orda mütəxəssis işləyib və bütün əməliyyatlarda iştirak edib, lakin onu da məsuliyyətə cəlb etməyiblər”- deyə həbs edilən Zamiq Ocaqverdiyev bildirib.

Digər təqsirləndirilən Orxan Məmmədov isə MMC-nin sahibi Camal Ocaqverdiyevin bacısı oğludur. Orxan Məmmədov da apelyasiya şikayətində özünü günahkar bilmədiyini deyib.

Söyləyib ki, MMC dayısı Camal Ocaqverdiyev və onun ailə üzvlərinə məxsusdur. O, ancaq onun göstərişlərini yerinə yetirib və onların iradəsindən kənar heç bir hərəkət etməyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən apellyasiya şikayətləri təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.



Xəbərin oxunma sayı : 229

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda