“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Oktyabrda əməkhaqqı fondunda artım göstəricisi 34,2 faizə yüksəlib – Nazirlik

Tarix 08.11.19, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əməkhaqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2019-cu ilin ötən ayları üzrə bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb. Xüsusilə də bu artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Belə ki, əməkhaqqı fondunda cari ilin yanvar ayında artım göstəricisi 3,7 faiz, fevral ayında bundan iki dəfə çox – 7,4 faiz olub. Mart ayında 10,5 faiz, aprel ayında 14,5 faiz, may ayında 17,6 faiz, iyun ayında 18,8 faiz, iyul ayında 19,8, avqust ayında 21 faiz artım baş verib.

Son aylarda isə bu artım göstəricisi daha da yüksəlib: sentyabr ayında əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabr ayında isə 34,2 faiz olub.



Xəbərin oxunma sayı : 244




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap