Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Olimpiada qarşıdurma rəmzinə çevrilib - ABŞ Yaponiyanı Çinə qarşı gücləndirir

Tarix 28.12.21, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiyanın İkinci Dünya Müharibəsində ağır məğlubiyyətindən sonra bu ölkədə ABŞ-ın diqtəsi ilə ilə qəbul olunan yeni Konstitusiyada ada dövlətinə böyük ordu saxlamaq qadağan edilirdi. Ancaq illər keçdikcə bölgədə vəziyyət dəyişib, risqlər artıb. Ona görə də ABŞ-ın özü belə Yaponiyaya məsləhət görüb ki, hərbi gücünü artırsın. Çünki, İkinci Dünya Müharibəsindən sonra Amerikanın müttəfiqinə çevrilən Yaponiya çoxdan bölgə üçün təhlükə deyil, təhlükə Çin istiqamətindən gəlir. Vaşinqton və Tokio ortaq təhlükəyə qarşı birgə hərəkət etmək məcburiyyətindədirlər.

Yaponiya hökuməti 2022-ci maliyyə ilində müdafiə xərcləri üçün rekord həddə - 5,40 trilyon yen (təqribən 47 milyard dollar) vəsait ayrılması barədə büdcə layihəsini bəyənib. “Azərtac” Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, səkkiz il ardıcıl olaraq artırılan büdcə vəsaitinin əsas hissəsinin yeni texnologiyaların hazırlanmasına sərf ediləcəyi gözlənilir. ABŞ hərbi bazalarının saxlanması xərcləri də daxil olmaqla, büdcə layihəsi əvvəlki illə müqayisədə 1,1 faiz artacaq. Büdcə layihəsinin əsasən, Şimali Koreyanın nüvə və raket zərbələrinin qarşısının alınması üçün sərf olunacağı qeyd edilib. Həmçinin bildirilib ki, nazirlik yeni tədqiqatlar və təkmilləşdirmələr üçün 291,1 milyard yen və ya əvvəlki illə müqayisədə 37,6 faiz çox vəsait ayrılmasını nəzərdə tutur. Bu zaman süni intellekt tərəfindən idarə olunan və qırıcılarla əlaqədə fəaliyyət göstərən pilotsuz uçan aparatların hazırlanmasının diqqət mərkəzində olacağı qeyd edilir. 

Bununla yanaşı, nazirlik hava hücumundan müdafiə qüvvələri üçün yeni nəsil qırıcıların hazırlanmasına 85,8 milyard yen ayırmağı planlaşdırır. Bu təyyarələr üçün reaktiv mühərriklər Böyük Britaniya ilə birlikdə istehsal ediləcək. Eyni zamanda, 12 ədəd yeni nəsil F-35 qırıcısının əldə edilməsi üçün 10,2 milyard yen vəsaitin sərf edilməsi nəzərdə tutulur. Bundan əlavə, Yaponiya hərbi-hava qüvvələrinə məxsus 70 ədəd F-15 qırıcısının modernləşdirilməsinə 52 milyard yen ayrılması planlaşdırılır. Kosmik məkana gəlincə, nazirlik bu istiqamətdə aparılacaq tədqiqat layihələrinə 117,7 milyard yen ayırmağı nəzərdə tutur.

Beləliklə, Yaponiya tədricən hərbi gücünü artırır. Bu ABŞ-la yanaşı, qonşu Avstraliya və Hindistan üçün də vacibdir. Çünki bu ölkələr Çinin artan hərbi qüdrətinə qarşı birgə mübarizə aparmağa qərar veriblər.

ƏTRAFLI
Bosch Home
Bu arada, ABŞ, Böyük Britaniya və Avstraliyanın ardınca Yaponiya da Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarını açıqlayıb. Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.Tokio bu məsələ ətrafında tələsik qərar vermədi, düşünüb-daşınandan sonra müttəfiqlərinin qərarın qoşuldu. Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu hökuməti təmsil etmək üçün Pekin-2022 Qış Olimpiya Oyunlarına heç bir kabinet üzvünün göndərilməyəcəyini bildirib. Matsuno diplomatik boykot edib-etmədikləri ilə bağlı suala, “biz necə iştirak etdiyimizi təsvir etmək üçün xüsusi bir termin və ya ifadə işlətmirik” deyə cavab verib.

Beləliklə, Pekin qış olimpiadası siyasətdən yan keçə bilmədi. Rusiya prezidenti Vladimir Putin Pekin qış olimpiadasının açılışında şəxsən iştirak edəcəyini vurğulayıb. O rəsmi mərasimə qatılmayanları tənqid edib. Olimpiada dönəmində müharibələrə ara verilməlidir. Ancaq elə həmin Pekində 2008-ci ilin yay olimpiadasında Rusiya Gürcüstana hərbi müdaxilə etmişdi, döyüşlər bir neçə gün davam etmiş, itkilər qeydə alınmışdı. Bəzi ekspertlərin fikrincə, qış olimpiadası zamanı da fövqəladə hadisə gözləmək mümkündür. Təsadüfi deyil ki, həmin ekspertlərin fikrincə, Rusiya məhz qış aylarında Ukraynaya müdaxilə edə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1891




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap