Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Oliqarxlar üçün sınaq anı çatdı – Prezidentdən sərəncam

Tarix 13.06.19, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.

AzFakt.com  xəbər verir ki, dəyişikliyə əsasən yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Xarırladaq ki, bir neçə gün əvvəl tikinti sahəsində ciddi yoxlamaların başlayacağı haqda məlumat vermişdik. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılmışdı. Bu xəbərlərdən isə ən çox tikinti biznesi ilə məşğul olan məmurların narahatlıq keçirdiyi bildirilirdi. Prezidentin etdiyi bu dəyişiklikdən sonra oliqarxların tikinti biznesində mövcud olan problem və qanunsuzluqların üzə çıxacağı ehtimal olunur. Yoxlamalar obyektiv aparılarsa, o zaman həmin məmurların biznesinə ciddi zərbə dəyəcəyini gözləmək olar.



Xəbərin oxunma sayı : 553




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap