Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Oliqarxların nəzarətindəki banklar çökür? - “Bank of Baku” və “AFB”-də vəziyyət daha ağırdır

Tarix 05.05.19, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fəaliyyət göstərən 30 bankın son maliyyə göstəricilərinə nəzər salanda, liderləri və “axsayanları” dərhal seçmək olur. 

Əhalinin və sahibkarların böyük qisminin heç də razı qalmadığı bank sektorunun təmsilçilərinin hesabatları və bu sahədəki reallıqlar ony deməyə əsas verir ki, banklar hələ də ölkə iqtisadiyyatının inkişafında öz üzərlərinə düşən işin öhdəsindən tam gələ bilmirlər.

Maraqlıdır ki, məsələn kredit faizlərinin yüksəkliyinə görə regionda və dünyada demək olar tayı-bərabəri olmayan bir çox Azərbaycan bankları buna baxmayaraq, öz hesabatlarında zərər etdiklərini göstərirlər. Bu ziddiyyətli məqamla yanaşı, bəzi bankların depozit portfellərinin, aktivlərinin və s. göstəricilərinin kiçildiyi də məlum olur.

2019-cu ilin 1-ci rübünün nəticələrinə görə, 9 bank hesabat dövrünü zərərlə başa vurub. Ən böyük zərər 74 milyon 600 min manatla “Access bank”a aiddir. Ən az ziyan edən isə “Pakistan Milli Bankı Bakı”dır.

BoB-e1495619726542-696x462

Böyük zərər açıqlayan banklardan biri də 7 milyon 752 min manatla “Bank of Baku”dur. Eyni zamanda qeyd edək ki, “Bank of Baku”nun ilin əvvəlinə olan göstəricilərinə görə, aktivlərində də 25 faizə yaxın azalma var.

“Bank of Baku”nun depozit portfelində də ciddi kiçilmə var. Və bu göstərici bankın vəziyyətini açıqlayan önəmli məqamlardan biridir. Belə ki, “Bank of Baku”nun depozit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 41 faiz kiçilib.

Xartırladaq ki, depozit fiziki və hüquqi şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Onun azalması isə müştərilərin banka münasibətini əks etdirir və fiziki, eləcə də hüquqi şəxslərin öz vəsaitlərini həmin banklardan çəkməsini göstərir.

Depozit portfeli ən çox kiçilən isə “AFB Bank”dır – 44 faiz! Bu, az qala müştərilərin yarısının öz vəsaitlərini bankdan çəkməsi anlamına gəlir. Burada bir məsələyə da diqqət yetirməyə dəyər. Məsələ ondadır ki, depozitlərin azalmasına görə “lider” olan “AFB Bank” və “Bank of Baku”nu birləşdirən müəyyən məqamlar var. Belə ki, bir müddət əvvəl daha çox “Gilan Holdinq”in, konkret desək, Heydərovların bankı kimi tanınan “AFB Bank”ın səhmlərinin 99 faizi Hikmət Abuzər oğlu İsmayılova satılıb.

_businessinsider_44c6081dac22ef2e6b717b4f0_o

FHN naziri Kəmaləddin Heydərovun bacanağı və biznes şəbəkəsinin əsas fiqurlarından biri olduğu bildirilən H.İsmayılov həm də “Bank of Baku”da 31 faizlik səhm paketinə malikdir. Deməli, bu bankların hər ikisinin “axsamasında” müəyyən ortaq məqamlar ola bilər.

Çünki 30 bankdan 20-sinin depozit portfeli böyüyüb. Digərlərində isə kiçilmə olsa da, kiçik, bəzən də cüzidir. Yalnız “AFB Bank” və “Bank of Baku”da bu göstərici 44 və 41 faiz olub.

Məsələn, bu anti-reytinqdə üçüncü yerdə gedən “Azər-Türk Bank”da həmin azalma 19.5 faizdir. Burada yalnız ehtimal etmək olar ki, ya sıravi müştərilər, ya da Heydərovların biznes çevrəsinə aid şirkətlər nəsə bildikləri üçün öz vəsaitlərini banklardan çəkməyə başlayıblar…

Vəziyyəti heç də ürəkaçan olmayan banklardan biri də “AG Bank”ıdır. Bir zamanlar ölkənin ən aparıcı banklarından birinə çevrilən “AG Bank”ın göstəriciləri həmin dövrlərlə müqayisədə çox solğun görünür. Belə ki, məsələn bankın cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 9 mln. 120 min manat, depozitləri isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 10 mln. 429 min manat azalıb. Bankın müştərilərə veridiyi kreditlər isə 30 mln. 818 min manat azalaraq, 247 mln. 979 min manata düşüb. Bank heç cür zərərdən tam çıxa bilmir və göstəriciləri zəifləməkdə davam edir.

Atabank

Depozit portfeli kiçilən banklar sırasında “Ata Bank” və “Bank Avrasiya” da var. Bu bankların isə sabiq vergilər naziri Fazil Məmmədov və Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlıya aid olduqları bildirilir.

Bu banklardan da milyonlarla vəsaitin “çəkildiyini” müşahidə etmək olar. Göründüyü kimi, əksər hallarda belə bankların “axsaması” onların əsl sahibi olan oliqarx nazirlərin hakimiyyətdəki mövqelərinin “laxlaması” ilə eyni dövrə təsadüf edir və üst-üstə düşür ki, bu da Azərbaycanın bank sektorunun, ümumilikdə biznes mühutinin acı reallıqlarından biridir…

Azpolitika.info





Xəbərin oxunma sayı : 799

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda