Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

On minlərlə insana saxta əlillik təyin edilib –Ekspert cinayətə bulaşan məmurları cəzalandırmağa çağırır

Tarix 13.03.19, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə saxta əlillərin olduğunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçən ay açıqlayıb. Nazirliyin məlumatında deyilir ki, ötən il 1055 nəfərə əsassız əlillik təyin edilib, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib.

Sahil Babayev deyib ki, artıq Səhiyyə Nazirliyi ilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov isə deyir ki, reallıqda saxta əlilliyi olanlar 1000 nəfərdən də çoxdur:

“Azərbaycanda 2000-ci ildə 250 min adam əlil olub. Bu da əhalinin həmin dövr üçün üç faizi ətrafında idi. Amma çox qısa müddətdə 18 il ərzində bu göstərici 625 minə qədər qalxdı. Bu da əhalinin 6,4 faizinə bərabərdir. Təxminən ölkədə hər 15 nəfərdən birini əlil göstərmək. Beləliklə, əhalinin artım tempi 25 faiz olub, əlillərin artımı 2,5 dəfə olub. Yəni, çox kəskin şəkildə artım var”.

Nazir Sahil Babayevin açıqlamasında deyilir ki, təkcə keçən il üzə çıxarılan saxta əlillik hallarına görə dövlət büdcəsi üç milyon manat itirib.

Dövlət büdcəsindən saxta əlillərə vəsait axdığı vaxtda, gerçək əlillər onlara dövlətin verdiyi pensiyanın az olduğunu, bir dərdə yaramadığını deyirlər.
20 yaşlı, 1-ci qrup əlil Rafael Əsgərzadə serebral iflicdir. Deyir ki, 140 manat pensiya onun adi ehtiyaclarına, dərmanlarına çatmır:

“Vəziyyət çox pisdir. Özüm də 1-ci qrup əliləm, pensiya alıram 140 manat, onunla da heç nə etmək olmur, nə dərman almaq olur, nə geyim… Heç nə almaq olmur. Vəziyyət çox pisdir…”. Rafael Əsgərzadə deyir ki, anası ona baxmağa məcburdur deyə, işləyə bilmir. Beləliklə, iki nəfər 140 manatın ümudinə qalıblar.

Bəs illərdir ki, əlil olmayanlara saxta yolla pul paylayanları kim və necə cəzalandıracaq? Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil, hansısa vasitəçilərdir: Nazir deyib ki, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.


“Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfidən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata yaxın vəsait geri qaytarılıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev deyib ki, vətəndaşa ödənilən vəsait bir sıra hallarda yalnız özü tərəfindən geri qaytarılmır. Belə ki, vəzifəli şəxslərin saxta əlillik təyinatında iştirakı da nəzərə alınır.

İqtisadi təhlilçi Rəşad Həsənov isə deyir ki, saxta yolla əlillik dərəcəsi verib, dövlət büdcəsindən pulları havaya sovurmaq ciddi korrupsiyadır və bunu edən məmurlara ciddi cəza vermək lazımdır:
“Vəsaitlərin geri qaytarılması prosesində əsas yük yönəldilir məhz vətəndaşlara. Halbuki, bu yük mənim fikrimcə aidiyyatı orqanlarda cavabdeh vəzifəli şəxslərə yönəldilməlidir. Onlar bu cəzasının həm maddi, həm də mənəvi tərəfini öz üzərinə götürməlidir”.

(Amerikanın səsi)






Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap