Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Oqtay Şirəliyev niyə Prezidentə səs vermədi?

Tarix 16.04.18, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə nazirinin seçki tənbəlliyinin səbəb bəlli oldu

Aldığımız məlumata görə, seçicilərin səslərinin mütləq əksəriyyətini qaznaraq yenidən Prezident seçilmiş cənab İlham Əliyevin yeni kabinetdində Oqtay Şirəliyevin adı yoxdur.

Bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyevin 11 apreldə keçirilmiş prezident seçkilərində iştirak etmədiyi barədə informasiya yayıldı. Nazirliyin mətbuat xidməti həmin informasiyanı təkzib etmək cəhdində bulunmaq istəsə də uğursuz alındı. Çünki Oqtay Şirəliyevin qeydiyyatda olduğu 29 saylı Səbail seçki dairəsi 7 saylı məntəqə seçki komissiyası sədrinin açıqlaması onun bütün yollarını bağlamışdı : “Oqtay Şirəliyev səsvermədə iştirak etməyib. O bizdən çıxarış almadan nə ölkə daxilində, nə də xaricində səs verə bilməz. Başqa yerdə səs veməsini kimsə bildiribsə, yalandır. Bizdən çıxarış(arayış)almadan belə bir şey ola bilməz. Mən də belə bir arayış verməmişəm”.

Nazirliyin iddiasına görə, guya cənab Şirəliyev 29 saylı dairənin 7 saylı yox, 6 saylı seçki məntəqəsində səs verib. Nazirlik nümayəndələri hələ bu faktı təsdiq edən videogrüntünün mövcudluğunu da iddia edirdilər. Lakin belə bir videogörüntü meydana çıxmadı. Çıxsaydı belə bu faktın özü ciddi qanun pozuntusu olaraq qəbul olunacaqdı və həmin seçicinin, konkret bu halda Oqtay Şirəliyevin verdiyi səs etibarsız hesab olunmalıydı. Çünki seçki qanunverciliyinin tələbinə görə, hər bir seçici qeydiyyatda olduğu seçki məntəqəsində səs verə bilər. Hər hansı bir səbəbdən başqa məntəqədə səs vermək istəyərsə, o zaman mütləq ya qeydiyyatda olduğu dairə seçki komissiyasından (29 saylı Səbail seçki komissiyası), ya da seçki məntəqəsindən (7 saylı seçki məntəqəsi) qeydiyyatdançıxma vəsiqəsi almalı və bundan sonra istədiyi məntəqədə səsvermə hüququnu reallaşdırmalıydı.

Göründüyü kimi, cənab nazir qeydiyyatdançıxa vəsiqəsi almayıb, alıbsa, bu barədə məntəqə seçki komissiyasının sədri məlumatlı olmalıydı və belə bir halın olmadığı məntəqə komissiyasının sədri tərəfindən açıq mətnlə bildirilib. Yox, nazir qeydiyyatdançıxma vəsiqəsi aldığını iddia edirsə, buyursun səs verdiyini sübüt edən görüntülərin əks olunduğu videomaterialı təqdim etsin ki, baxaq görək o, səs verən zaman məntəqəyə qeydiyyatdançıxma vəsiqəsi təqdim edir, ya yox. Qanuna əsasən bu sənədi təqdim etmədən onun qanunsuz səs verməsinə şərait yaradan və nazirin qanun pozuntusuna şərik olan məntəqə seçki komissiyasının üzvləri də məsuliyyətə cəlb edilməlidirlər. 

Qeyd etdiyikrləimizdən iki nəticə çıxır: Ya nazir Prezident seçkilərində səsvermədə iştirak etməyib, ya da edibsə də qeyri-qanuni edib. Lakin ikinci qənaəti təsdiq edən heç bir fakt təqdim edilmədiyindən birinci iddia daha güclü görünür və son nəticə budur: Oqtay Şirəliyev PREZİDENT Ə SƏS VERMƏYİB!

Elə isə niyə? Aldığımız məlumata görə, seçicilərin səslərinin mütləq əksəriyyətini qaznaraq yenidən Prezident seçilmiş cənab İlham Əliyevin yeni kabinetdində Oqtay Şirəliyevin adı yoxdur. İddiya görə onu daha gənc və savadlı bir xanım kadr əvəz edəcək. Aldığımız məlumatda qeyd olunur ki, Oqtay Şirəliyevin nəzarət etdiyi səhiyyə sahəsindən gələn şikayətlər artıq dövlət başçısını da ciddi şəkildə narahat edir və bu sektorda ciddi iclahatların həyata keçirilməsinin köhnə nazirlə mümkün olmayacağından prezident artıq əmin olub. Bu barədə Oqtay Şirəliyevin özü də məlumatlıdır. Ona görə də indiki səhiyyə naziri son prezidetn seçkiləri kampaniyasında əvvəlki seçkilərdə olduğu kimi canfəşanlıq göstərməyi də gərəkli bilməyib.

pia.az



Xəbərin oxunma sayı : 1810




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap