Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Oqtay Əsədov parlamentin yubileyini unutdu: “Bəlkə bir deyəsən?“ (VİDEO)

Tarix 08.12.18, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin dünənki iclasında gözlənilməz hadisə baş verib. Parlamentin spikeri Oqtay Əsədov deputat Fazil Qəzənfəroğlunun birinci Azərbaycan Respublikasının banilərinin və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifini rədd edib.

Qeyd edək ki, dünən – dekabrın 7-də Azərbaycan əlamətdar hadisəni – ölkə tarixində ilk parlamentin yaradılmasının 100 illiyini qeyd edirdi. Məktəb proqramından da yaxşı məlumdur ki, 1918-ci il dekabr ayının 7-də Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında 120 deputatdan ibarət parlamentin təntənəli açılışı keçirilib.

Lakin məlum olub ki, Milli Məclisin sədri Oqtay Əsədov ilin ən vacib hadisəsini unudub. Daha doğrusu, parlamentin rəhbərliyi bu əlamətdar günə hazırlaşmayıb.

Milli Məclisin dünənki iclasının videokadrlarından da göründüyü kimi, sədr müavini Ziyafət Əsgərov Oqtay Əsədova bu hadisəni xatırladaraq deyir: "Bu gün parlamentin ilk iclasının 100 illiyidir, bəlkə bir deyəsən?” Bu zaman Ziyafət Əsgərovun diqqətindən yayınıb ki, qarşısındakı mikrofon söndürülməyib.

Bundan sonra əhvalını pozmayan Oqtay Əsədov zala müraciətlə deyib: "Hörmətli millət vəkilləri, bildiyiniz kimi (!), 100 il əvvəl bu gün Azərbaycan parlamentinin ilk iclası keçirilib. Bu münasibətilə sizi təbrik edirəm”.



Mənbə: virtualaz.org





Xəbərin oxunma sayı : 520




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap