Pərvin Abıyeva seksual libasda - FOTO Azərbaycanlı model ərəb biznesmenlə nişanlandı - FOTO Təranə Qumralın qızı elə rəqs etdi ki...- VİDEO "Həyatıma girən bütün kişiləri dəli kimi sevmişəm" - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 08 Aprel 2021

    Pərvin Abıyeva seksual libasda - FOTO

  • / Maqazin / — 30 Mart 2021

    Azərbaycanlı model ərəb biznesmenlə nişanlandı - FOTO

  • / Maqazin / — 19 Mart 2021

    Təranə Qumralın qızı elə rəqs etdi ki...- VİDEO

  • / Maqazin / — 13 Mart 2021

    "Həyatıma girən bütün kişiləri dəli kimi sevmişəm" - Aygün Kazımova

  • / Maqazin / — 10 Mart 2021

    Müğənni Dilarə alt paltarında FOTOLAR

  • / Hadisə / — 09 Mart 2021

    Nəsimi icra başçısı səkini restorana satıb - VİDEO

Ordu rəhbərliyi Paşinyana görə iki yerə bölünüb – Bəzi generallar istefa tələbinə qoşulmayıb

Tarix 02.03.21, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda yüksək vəzifə tutan bəzi generallar Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatını imzalamayıblar.

“Armlur.am” saytının verdiyi xəbərə görə, 4 yüksək rütbəli zabit Baş Qərargahın bəyanatına qoşulmayıb.

Onlar Silahlı Qüvvələrin Hərbi Hazırlıq İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan, Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arakel Martikyan, Silahlı Qüvvələrin Silahlanma İdarəsinin rəisi general-mayor Poqos Poqosyan və Silahlı Qüvvələrin Baş Qərargahının hərbi rabitə şöbəsinin rəisi polkovnik Artur Çatyandır.

Yüksək rütbəli zabitlər barələrində cinayət işinin başladılacağından narahatdırlar.

Adıçəkilən şəxslər hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Belə ki, Andranik Makaryanın şöbəsinin 44 günlük müharibədəki fəaliyyəti ilə bağlı artıq cinayət işinin başlandığı bildirilib. Lakin bu cinayət işi ilə əlaqədar onun ifadəni imzalamadığı qeyd olunur.

General-mayor P. Poqosyan iş adamı, silah satıcısı David Qalstyan (“Patron Davo”) tərəfindən təmin olunan qeyri-qənaətbəxş sursatı qəbul edən Müdafiə Nazirliyinin komissiyasının üzvü olub. Silahlanma İdarəsinin rəisinin “Patron Davo” işi ilə bağlı vəziyyəti nəzərə alaraq, hakimiyyətə qarşı çıxmaqdan qorxduğu ehtimal edilir.

Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin rəisi Arakel Martikyanın müharibə zamanı bəzi əməliyyatlar barədə səhv məlumat verdiyi iddia olunur. Bu səbəbdən barəsində cinayət işinin başladılmasından qorxduğu üçün o, N. Paşinyanın istefası tələbinə qoşulmayıb.

A. Çatyan isə sözügedən bəyanatın imzalandığı vaxt Baş Qərargahda olmayıb.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş naziri N. Paşinyanın istefasını tələb edən bəyanat imzalayıb. Bundan sonra ölkədəki siyasi böhran daha da kəskinləşib. Buna cavab olaraq Baş nazir bu addımı hərbi çevrilişə cəhd adlandırıb və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzalayıb. Ancaq Prezident Armen Sarkisyan bu sənədi imzalamayıb/APA.




Xəbərin oxunma sayı : 850

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda