Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ordular İdlibdə, prezidentlər masada qarşı-qarşıya: Putinlə Ərdoğan Soçidə necə dil tapacaqlar?

Tarix 28.09.21, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


Suriyanın İdlib bölgəsində vəziyyətin kəskinləşməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin Soçi görüşünün əhəmiyyətini xeyli artırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə gözlənilən növbəti səfəri və rusiyalı həmkarı Vladimir Putinlə aparacağı danışıqlar ərəfəsində nəzərlər bu mühüm hadisəyə yönəlib.

İki ölkə liderinin Soçi danışıqlarının gündəliyinə Suriya, Liviya və Əfqanıstanda yaranmış vəziyyətin daxil edildiyi, prezidentlərin, əsasən, bu məsələləri müzakirə edəcəkləri bildirilir.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Putinin sözçüsü Dmitri Peskovun açıqlamalarında Suriyada, həmin ölkənin şimalında yerləşən İdlib bölgəsindəki durumun dəyərləndiriləcəyi xüsusi vurğulanır.

Son həftələrdə İdlibdə gərginliyin artması, xüsusilə, Rusiya aviasiyasının bölgədə hava reydlərini xeyli intensivləşdirməsi, “terrorçuların vurulması” adı altında Türkiyənin məsuliyyət zonasına daxil edilmiş ərazilərin bombalanması və əlbəttə ki, Ankaranın buna adekvat cavabları Putin-Ərdoğan görüşünün hansı atmosferdə keçəcəyini təxmin etməyə imkan verir.

Bu günlərdə istər Moskvadan, istərsə də Ankaradan verilən mesajlarda qarşılıqlı ittihamların səslənməsi Suriya teatrındakı “əsas duet”i təşkil edən Türkiyə ilə Rusiya arasında ziddiyyətlərin dərinləşdiyini və tərəflərin bunu gizlətməyə çalışmadıqlarını göstərir.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov bu günlərdə açıqlama verərək, Türkiyənin İdliblə bağlı iki il əvvəl imzalanmış xüsusi anlaşmanın “şərtlərini yerinə yetirmədiyini” bildirib. Onun iddiasına görə, Ankara İdlibdə yerləşən “terrorçu və qeyri-terrorçu hərbi qruplaşmaları” fərqləndirmək öhdəliyinə əməl etmir. Lavrov Rusiya aviasiyasının İdlibi bombalamasına bununla haqq qazandırmağa cəhd göstərib.

Lavrovun bu iddiasını cavabsız buraxmayan Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə bildirib ki, Rusiyanın İdlibdə həyata keçirdiyi aviareydlər qarşılıqlı anlaşmaya dair memorandumun pozulması deməkdir. Akar əlavə edib ki, Türkiyənin Suriyada hərbi mövcudluğunun əsas məqsədi öz cənub sərhədlərinin, həmçinin bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etməkdir.

Ancaq Türkiyə Rusiyanın artan fəallığına da qarşılıq veerərək, Suriyada yerləşdirdiyi hərbi kontingentini genişləndirməkdədir. Müxtəlif mənbələrin yaydığı məlumata görə, Türkiyə Suriyaya əlavə olaraq bir neçə min əsgər göndərib.

O baxımdan, Putinlə Ərdoğanın qarşılıqlı güc nümayişi fonunda baş tutacaq görüşünün mümkün nəticələri ciddi maraq doğurur. Ərdoğan göörüşdən əvvəl bildirib ki, Putinlə danışıqlardan müxtəlif gözləntiləri var. O, tərəfdaş ölkə olaraq, Rusiyadan Suriya ilə bağlı fərqli yanaşma gözlədiyini deyib.

Yeri gəlmişkən, canlı təmaslardan qaçan Putinin Ərdoğanla üz-üzə görüşə razılıq verməsi Rusiya prezidentinin də bu görüşə böyük önəm verdiyini təsdiqləyir. Prezidentlərin şəxsi münasibətlərini nəzərə alsaq, danışıqların mümkün qədər məhsuldar alınacağını düşünə bilərik.

Hər halda, həm Türkiyə, həm də Rusiya ayrı-ayrılıqda Qərblə münasibətlərini nəzərə alaraq, bir-birilərinə olan ehtiyaclarının fərqindədir. Ancaq o məhsuldarlığın hansı ölkənin maraqlarına daha çox uyğun olacağını qarşıdakı həftələrdə, bəlkə də günlərdə atılan addımlardan görəcəyik. (yenicag.az)



Xəbərin oxunma sayı : 907




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap