Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ov turu üçün fantastik qiymət – VİDEO

Tarix 05.05.17, 3:08

Font ölçüsü : - / +
bitmap-img6


Mayın sonlarından etibarən ov mövsümünə start veriləcək. Bəzi turizm agentlikləri bunu fürsət bilib öz xidmətlərini təklif edirlər.

AzFakt.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, turizm şirkətlərindən biri ov üçün 3 günlük tur təşkil etdiyini elan edib. Bakı-Mingəçevir-Bakı, Bakı-Quba-Bakı istiqamətinə ov səyahətinin qiymətləri də qoyulub. Bir nəfər balıq ovu üçün 500 manat, quş ovu üçün 2300 manat, dağ keçisi ovu üçün isə 7 min manata yaxın pul xərcləməlidir.

Xidmətə oteldə yerləşdirmə, qidalanma və ov ləvazimatları daxildir. Ova çıxmaq istəyənlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli və lisenziya almalıdır. Ancaq həmin lisenziya xeyli ucuz olsa da, turun baha təklif olunması sual doğurur.

Turda iştirak edənlər, ov üçün bütün ləvazimatlarla təmin olunur. Turun bu qədər baha olmasının tüfəng kimi bahalı ləvazımatların təşkilinə görə olduğu zənn edilsə də, qaydalara görə ov üçün nəzərdə tutulan silahlar başqasına verilə bilməz.

Tur təşkil edən agentlik turisti yalnız mövsümi ayaqqabı və geyimlə təmin edə bilər. Bıçaq və tilovdan başqa heç bir silahdan söhbət gedə bilməz. Şəxs, ov tüfəngi əldə etmək üçün müvafiq orqana müraciət etməlidir. Psixoloji vəziyyəti və sağlamlığı yoxlanıldıqdan sonra ona rəsmi sənəd təqdim olunur. Şəxs, yalnız bu sənəd əsasında ovçuluq mağazalarına yaxınlaşa və tüfəng əldə edə bilər.

Mingəçevir və Quba kimi şəhərlərdə 3 günlük 5 ulduzlu oteldə yerləşdirməni, qidalanmanı və nəqliyyat xərclərini hesablayanda təxmini 300 manata yaxın pul tələb olunduğu ortaya çıxır. Araşdırma zamanı məlum oldu ki, fərdi qaydada ova çıxmaq, turizm agentliyinə müraciət etməkdən daha sərfəlidir.









Xəbərin oxunma sayı : 166




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap