Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

PA-dan Müdafiə Sənayesi Nazirliyi ilə bağlı açıqlama: niyə ləğv olunmayıb?

Tarix 22.06.19, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti Administrasiyası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AzFakt.com AZƏRTAC-a istinadla xəbər verir ki, Administrasiyanın məlumatında deyilir:

"Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilmişdir ki, Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir.

Qeyd olunanları, yəni, "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, iyunun 20-də Prezident İlham Əliyev Mədət Quliyevi Azərbaycanın müdafiə sənayesi naziri təyin edib. Digər sərəncamla "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv olunub.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap