Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub - VİDEO

Tarix 25.02.21, 11:24

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib. 

Yerli mətbuatın verdiyi xəbərə görə, buna səbəb, generalın “İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ salması göstərilir. 

Belə ki, bundan əvvəl Nikol yerli mediaya Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun “partlamaması” və ya “10 faiz partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş Prezident Serj Sarqsyanın “hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin “İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi. 

General-leytenant Xaçatryan isə öz növbəsində, jurnalistin “İskəndər” raketinin doğrudanmı 10 faiz partlaması ilə bağlı sualına istehza ilə cavab verib. “Əlbəttə mümkün deyil... Necə?... “İskəndər”?... Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”. 

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar. 









Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap