Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

Tarix 24.04.18, 1:48

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda cəmi 5 gün əvvəl baş nazir postunu tutan keçmiş prezident Serj Sərkisyanın vəzifəsindən qovulması ilə nəticələnən etirazların lideri, deputat Nikol Paşinyan İrəvanın mərkəzi meydanında qələbə mitinqinə toplaşan yüz minlərlə insanın qarşısında çıxış edib. “Bu gündən etibarən Ermənistanda yeni hakimiyyət var”-Paşinyan elan edib.

Nikol Paşinyan ötən gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən necə saxlanıldığını danışıb: “MTX-in bir qrup əməkdaşı məni oğurladılar və xəlvəti şəkildə Sevan polis şöbəsinə apardılar, yolda mən onlarla zarafat etdim, anlamadılar. Dedim Serjin hakimiyyəti daha yoxdur, Ermənistanda artıq yeni hakimiyyət var, bu hakimiyyətin adı –Ermənistan xalqıdır”.

Paşinyanın sözlərinə görə, onu əvvəlcə təcridolunmuş vəziyyətdə saxlayırdılar, lakin yüksək vəzifəli şəxslər təcridxanaya baş çəkməyə başlayanda o anlayıb ki, artıq məxməri inqilab baş verib.

“Bu gün səhər mənə təklif etdilər ki, Sərkisyanın oktyabrda istefa verməsi ilə razılaşım. Razılaşmadım. İki saat sonra təklif etdilər ki, Sərkisyan bir ay sonra istefa verir, sonra deilər aprelin 25-ə getməyə hazırdır. Mən bütün bu təklifləri dinlədim və öz tələbimi irəli sürdüm-Serj Sərkisyan iki saat ərzində istefa verməlidir, və belə də oldu”-Paşinyan elan edib.



Nikol Paşinyan deyib ki, onun şərtinə görə Milli Məclis xalqın seçdiyi adamı baş nazir təyin etməlidir. Bu, iki həftə ərzində baş verəcək. Ondan sonra müvəqqəti hökumət formalaşacaq və növbədənkənar parlament seçkiləri təyin ediləcək.

“Biz dedik ki, Serj Sərkisyanın gedişinin və hakimiyyətin ötürülməsinin şərtlərini müzakirə etməyə hazırıq. Və indi Sərkisyan getdiyinə görə biz çərşənbə günü səhər saar 11-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları davam etdirəcəyik. Və bu nə qədər tez baş versə o qədər yaxşıdır”-Paşinyan bildirib.

Etiraz hərəkatının lideri əlavə edib ki, inqilab yarımçıq ola bilməz. “Əgər Serj Sərkisyan və onun Respublika partiyası ümid edirsə ki, kölgə idarəçiliyi yarada biləcəklər, mən onları tezliklə bu fikirdən daşınmağa çağırıram. Və bu qələbə birmənalı olaraq tanınmalıdır, şərtlər qoyulmadan”-o deyib.





Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap