Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Paşinyan son vaxtlar çox təhlükəli yol tutub - Səməd Seyidov

Tarix 15.06.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


İşğalçı və təcavüzkar dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox təhlükəli və xətalı yol tutub.

AzFakt.com xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son zamanlar yenidən işğalçı Ermənistan tərəfdən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun şəhid edilməsinə və bunların nəticə etibarilə danışıqlar prosesinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

S.Seyidov qeyd edib ki, çevriliş dalğasında hakimiyyətə gələn və ötən müddətdə heç bir vədini yerinə yetirə bilməyən, böyük etirazlarla qarşılaşan N.Paşinyan diqqəti özündən uzaqlaşdırmaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirərək öz maraqlarını təmin etmək, ən əsası, məsuliyyətdən yayınmaq niyyətindədir.

“O, öncədən də məsuliyyəti üzərinə götürmək istəmirdi, müxtəlif bəhanələr uydururdu. Amma nə edir-etsin, məsuliyyət artıq birbaşa onun çiyinləri üzərindədir. Odur ki, Paşinyan məsuliyyəti boynundan atmaq üçün vəziyyəti gərginləşdirməkdə, beynəlxalq səviyyədə Azərbaycanı hansısa bir təxribata çəkməkdə maraqlıdır.

Məhz buna görə də sərhəddə, cəbhə, təmas xəttində gərginləşmə gündən-günə artmaqdadır. Allah bizim şəhidlərimizə, o cümlədən, son iki şəhidimizə rəhmət etsin. Onlar məhz Ermənistanın atəşkəsi pozması, təxribat törətməsi nəticəsində şəhid oldular. Amma sizi əmin edirəm ki, şəhidlərimizin qanları yerdə qalmayacaq, Azərbaycan Qarabağ savaşını udacaq.

Eyni zamanda, əvvəlki fikirlərimin davamı olaraq bildirmək istəyirəm ki, Ermənistanın özündə, hakimiyyətin öz daxilində tamamilə fərqli bəyanatlar səsləndirilməkdədir. Bir tərəfdən Paşinyanın özü, o biri tərəfdən onun Müdafiə naziri, üçüncü tərəfdən Dağlıq Qarabağda olan separatçılar, dördüncü tərəfdən isə konkret olaraq erməni hərbçilər - əsgərlər hamısı bir-birinə qarışıb və bu qarışıq, xaotik vəziyyətdə də Paşinyan məhz ən xətalı, ən təhlükəli yolu, təxribatlar törətməklə vəziyyəti gərginləşdirmək və diqqəti özündən yayındırmaq, məsuliyyətdən yayınmaq yolunu seçib.

Ancaq bu yolun sonu, axırı yoxdur. Bunu da ilk növbədə Paşinyanın özü anlamalı, dərk etməlidir”, - deyə S.Seyidov əlavə edib.



Xəbərin oxunma sayı : 202




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap