Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Paşinyana qarşı hərbi müxalifət meydana çıxa bilər - Düşmən ölkə qarışır...

Tarix 14.11.18, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın eks-prezidenti və Respublika Partiyasına hələ də sədrlik edən Serj Sərkisyan hakimiyyətdən uzaqlaşdırılandan bu yana ilk dəfə siyasi nitqlə çıxış edib və Qarabağ məsələsində “axıradək mübarizə aparacaqlarını” bildirib.

Virtualaz.org xəbər verir ki, Ermənistanın “Hraparak” (“Meydan”) qəzeti Serj Sərkisyanın ötən bazar günü Respublika Partiyasının rəhbər orqanının-Şurasının qapalı iclasında proqram nitqi ilə çıxış etdiyini yazır. Həmin iclasda Respublika Partiyasının dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı barədə qərar qəbul edilib. Lakin partiyanın seçki siyahısına Serj Sərkisyan yox, keçmiş müdafiə naziri Vigen Sərkisyan başçılıq edəcək.

Sərkisyanın çıxışının əsas tezisi bundan ibarət olub ki, partiya yalançı müxalifətçiliklə məşğul olmayacaq və hakimiyyətin istənilən bəyanatına opponentlik edəcək.

“Əgər hakimiyyət ölkə üçün faydalı addımlar atacaqsa, biz onu birmənalı şəkildə dəstəkləyəcəyik, əks halda, biz onların daşını daş üstündə qoymayacağıq”-Sərkisyan deyib.

Qəzetin yazdığına görə, Sərkisyanın bu təhdidi əsasən Qarabağ məsələsi ilə bağlı olub. “Bu məsələdə biz güzəştə gedən deyilik, axıra qədər mübarizə aparacağıq”-Serj Sərkisyan iclasda qeyd edib.

Sərkisyanın çıxışı barədə qəzetə məlumat verən mənbə deyib ki, xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Qarabağ məsələsi üzrə xüsusi səfir olmuş David Şahnazaryanın Respublika Partiyasının seçki siyahısında yer alması da Sərkisyanın həmin mövqeyinə əyani sübutdur.

Bəs Serj Sərkisyanın adının Respublika Partiyasının parlament seçkilərində namizədlər siyahısına daxil edilməməsi nə ilə bağlıdır? Serj Sərkisyan hakimiyyətdən getdikdən sonra ilk dəfə partiyasının toplantısında Paşinyan hakimiyyətini hədələməsi seçkidə xalqın səsini almağa hesablanmış populist bəyanatdır, yoxsa arxasında Sərkisyanın hücuma keçəcəyi planının mövcud olması dayana bilər?

Serj Sərkisyan ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, namizəd siyahıları tərtib edilərkən Respublika Partiyası öz maraqları baxımından düzgün hərəkət edir. Respublika Partiyasının ətrafında bir neçə xırda partiya birləşərək seçkiyə gedir. Digər partiyalar da bloklar yaradır. Serj Sərkisyan ölkədə xalq arasında nüfuzunun olmadığını dərk etdiyindən partiyasının deputatlığa namizədlər siyahısına adının daxil edilməsinə razılaşmayıb: “Serj bilir ki, ölkə əhalisinin əsas hiddəti məhz keçmiş hakimiyyətin lideri kimi ona qarşıdır. Eyni zamanda keçmiş baş nazir Karen Karapetyana qarşı da əhalidə hiddət var. Ona görə Karen Karapetyan da namizədlər siyahısında yer almayıb. Serj Sərkisyanın və Karen Karapetyanın adlarının olduğu siyahı ilə seçkiyə gedən partiyaya seçicilərin əksəriyyəti səs verməzdi. Bunu nəzərə alan Sərkisyan-Karapetyan cütlüyü partiyalarının maraqları sarıdan düzgün hərəkət ediblər. Amma bütün erməni xalqına bəllidir ki, Respublika Partiyasını idarə eləyən, seçki prosesini maliyyələşdirən, partiyanın taktiki addımlarını müəyyənləşdirən Serj Sərkisyan-Robert Köçəryan-Karen Karapetyan üçlüyüdür. Bu üçlüyün Rusiya ilə sıx əlaqəli olduğu da hər kəsə məlumdur. Onlar son aylardakına nisbətən indi daha inamlıdırlar. Hakimiyyəti təhvil verdikdən sonra düşdükləri sıxıntılardan çıxıblar və aktiv fəaliyyətə başlayıblar. Hətta partiyanın rayon təşkilatları da aktiv fəaliyyətdədir. Respublika Partiyası sözün əsl mənasında ana müxalifətçilik etməyə başlayıb və get-gedə hakimiyyətə qarşı radikallaşmaqdadır. Onlar proqnozlaşdırırlar ki, Yuri Xaçaturovun KTMT-nin baş katibi vəzifəsindən istefaya məcbur edilməsi Nikol Paşinyanın nüfuzuna xələl gətirəcək. Çünki Astana toplantısı göstərdi ki, əslində Paşinyan ciddi məğlubiyyətə uğrayıb, Ermənistanın KTMT-dəki mövqelərinə, hüquqlarına xələl gətirib. Bu vəziyyət Paşinyana daxildə hücumlar üçün fürsət yaradıb”.

Q.Hüseynli qeyd etdi ki, hətta bu gün Ermənistanda Paşinyana qarşı hərbi müxalifətin də formalaşa biləcəyi ehtimalından danışılır: “Mənim zənnimcə, Serj Sərkisyanın uzun müddətdən sonra məhz indi o cür iddialı və sərt danışmasının arxasında Paşinyanın Astana məğlubiyyəti dayanır. Artıq indidən söyləmək mümkündür ki, parlament seçkiləri İrəvan meri seçkilərinə bənzəməyəcək, Paşinyan üçün asan keçməyəcək. Paşinyanın əsas tərəfdarları, daha çox nüfuzu məhz İrəvandadır. Ucqar bölgələrdə, kəndlərdə Paşinyana dəstək paytaxtdakı səviyyədə deyil. Bölgələrdə Respublika Partiyası və onların tərəfdarlarının Paşinyanın imicini aşağı salmağa yönəlik təbliğat apardığı barədə məlumatlar yayılır. Seçki kampaniyasında bu təbliğat daha şiddətli xarakter alacaq. Burada Rusiyanın da barmağının ola biləcəyi ehtimalını mən istisna etmirəm. Çünki Serj Sərkisyan, Robert Köçəryan və Karen Karapetyan Rusiya ilə yaxın adamlardır. Rusiyadan müəyyən qüvvələrin bu üçlüyə dəstəyi ola bilər”.



Politoloq hesab edir ki, Respublika Partiyası seçkidə qalib gələ bilməsə də səslərin müəyyən hissəsini Paşinyandan qopara bilərlər. Nəticə etibarilə daha inamlı qələbə çalmasına, daha inamlı hakimiyyət formalaşmasına əngəl yaratmaları istisna deyil.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap