Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

PA rəsmisi Fuad Axundov:“Adolf Hitlerin planlarını Ermənistan həyata keçirib...“

Tarix 19.04.19, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


“Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.

F.Axundov bildirib ki, Adolf Hitlerin planlarını Ermənistan həyata keçirib:

“Hitler istəyirdi ki, monoetnik dövlət yaratsın, yarada bilmədi, amma ermənilər monoetnik dövlət yaratdılar. Hitler istəyirdi ki, şəhərlərin adını dəyişsin, dəyişə bilmədi, ermənilər bizim şəhərlərin adlarını dəyişdilər. Biz Almaniyada, İtaliyada nasizmə qalib gəlmişdiksə, Ermənistanda nasizm bütün bəşəriyyətə qalib gəldi. Biz bunu açıq-aydın deməliyik”.

PA rəsmisi xatırladıb ki, Robert Koçaryan deyirdi ki, erməni ilə azərbaycanlı bir yerdə yaşaya bilməz: “O, prezident ola-ola bu sözü Strasburqda demişdi və iclasın aparıcısı ona irad tutmuşdu ki, “ilk dəfədir ki, belə şey eşidirik, necə ola bilər ki, prezident belə bir söz desin?”.

Sonra onun həyat yoldaşı qan mərkəzi yaradılan zaman deyirdi ki, elə etmək lazımdır ki, burada yalnız erməni qanı olsun. Bu sözü ölkənin birinci xanımı deyirdi.

Digər prezident Serj Sarkisyan deyirdi ki, “azərbaycanlılar elə bilirdilər ki, biz onu edə bilmərik, ancaq Xocalıda biz mülki əhalini qırdıq, bunu biz etmişik”. Özləri bunu etiraf edirlər. Buradan aydın olur ki, Ermənistan nasist dövlətdir”.

Trend




Xəbərin oxunma sayı : 148




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap