Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

PA rəsmisi səfirlərin toplantısında:“Xarici ölkələrlə yorulmadan işləyəcəyik“

Tarix 18.12.18, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün xarici ölkələrlə yorulmadan işləyəcək.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda Hikmət Hacıyev deyib.

H.Hacıyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə və həmin ölkələrin dövlət başçılarına təbrikini çatdırıb:

“Prezident İlham Əliyevin sizin ölkələrinizə, dövlət və hökumət başçılarınıza, xalqlarınıza və ən əsası ailə üzvlərinizə qarşıdan gələn Yeni il münasibətilə təbriklərini çatdırmaq mənim üçün böyük şərəfdir. Bu sarayın adının Səadət sarayı, yəni xoşbəxtlik sarayı olması da xoş təsadüfdür. Biz qarşıdan gələn ildə ölkələrinizə xoşbəxtlik, çiçəklənmə və sülh arzu edirik. Əminəm ki, yeni ildə ölkələrimiz arasında əməkdaşlığımızı və dostluq əlaqələrimizi daha da möhkəmləndirmək üçün yorulmadan birgə işləyəcəyik. Mən, həmçinin bu fürsətdən istifadə edib sizi qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Yeni iliniz mübarək!”

PA rəsmisi qeyd edib ki, Azərbaycanda belə bir xoşbəxtliklə Yeni il, Novruz və Ramazan bayramları keçirilir:

“Bu, Azərbaycan cəmiyyətinin inklüzivliyini, həmçinin bizim ümumilikdə bütün mədəniyyətlərə, sivilizasiyalara və ənənələrə hörmətimizi, Azərbaycan cəmiyyətinin çoxmədəniyyətli olduğunu göstərir”.

Trend



Xəbərin oxunma sayı : 199




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap