Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pakistan Hindistan qarşısında şərt irəli sürüb- Hava məkanının açılması üçün

Tarix 12.07.19, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan hakimiyyəti Nyu-Dehlinin sərhədyanı rayonlar üzərində qırıcı təyyarələrinin uçuşunu dayandırmayana qədər öz hava məkanını bağlı saxlayacaq.

Bu barədə “Doon” qəzeti Pakistan Mülki Aviasiya İdarəsinin katibi Şarukh Nüsrətə istinadla məlumat yayıb.

“Hindistan hökuməti hava məkanını açmaq çağırışı ilə bizə müraciət edib. Biz bunun üçün Nyu-Dehlinin qırıcı təyyarələrini sərhədyanı rayonlardan geri çəkməli olduğu cavabını vermişik”, – deyə katib Pakistan Senatının Aviasiya Məsələləri üzrə Daimi Komitəsinin nümayəndəsi ilə görüşü zamanı bildirib.

Pakistan mühüm aviasiya dəhlizinin mərkəzində yerləşir. Onun öz hava məkanından istifadəni məhdudlaşdırması hər gün yüzlərlə kommersiya və yük aviareyslərinə təsir edir. Bu, sərnişinlər üçün uçuş vaxtının uzanmasına, aviakompaniyalar üçün isə yanacaq xərclərinin artmasına gətirib çıxarır. Hindistanın hava məkanından istifadə edən aviadaşıyıcılar qadağa səbəbindən Pakistanla sərhəddə yerləşən ərazilər ətrafında böyük dövrə vurmağa məcbur olur.

Pakistanın hava məkanı fevralın 26-da İslamabad və Nyu-Dehli arasında gərginliyin yenidən artmasından sonra qısmən bağlanıb. Gərginliyin artmasına fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan polisinin 45 əməkdaşının ölümü ilə nəticələnən hücum səbəb olub. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürüb.

İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistanın Hərbi Hava Qüvvələri fevralın 26-da gecə Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbələri endirib. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurub(azərtac).



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap