“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Pakistan Hindistana xəbərdarlıq etdi - Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pislədi

Tarix 17.01.26, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan Hindistanın Cammu və Kəşmirdə məscidləri və onların icmalarını profilləşdirməsini (etnik, dini və ya siyasi mənsubiyyətə görə şəxslərinhədəfə alınması, şəxsi məlumatlarının zorla toplanması, nəzarətə götürülməsi və ya təzyiq göstərilməsi - red.) pisləyib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, dini məsələlərə bu cür açıq müdaxilə din və etiqad azadlığına dair fundamental hüququn ciddi şəkildə pozulması olmaqla yanaşı, işğal altında olan ərazidə müsəlman əhalini qorxutmaq və kənarlaşdırmaq məqsədi daşıyan növbəti məcburedici cəhdin təzahürüdür: "Din xadimlərinin şəxsi məlumatlarının, fotoşəkillərinin və məzhəb mənsubiyyətlərinin zorla toplanması ibadət edənlər arasında qorxu yaratmağa və onların dinlərini sərbəst şəkildə icra etməsinə mane olmağa yönəlmiş sistemli təzyiq xarakteri daşıyır. Bu addımlar təcavüzkar Hindistan hökumətinin Hindutva ideologiyasının təşviq etdiyi institusionallaşdırılmış İslamofobiya siyasətinin daha geniş modelinin tərkib hissəsidir. Məscidlərin və müsəlman ruhanilərin məqsədli şəkildə hədəfə alınması bu siyasətlərin ayrı-seçkilik və icma xarakterini açıq şəkildə ortaya qoyur".

Vurğulanıb ki, Cammu və Kəşmir xalqı qorxu, məcburiyyət və ayrı-seçkilik olmadan dinini icra etmək üçün ayrılmaz hüquqa malikdir: "Pakistan onlarla həmrəylik nümayiş etdirməyə davam edəcək və kəşmirlilərə qarşı yönəlmiş bütün dini təqib və dözümsüzlük formalarına qarşı səsini qaldırmaqda israrlı olacaq".



Xəbərin oxunma sayı : 994




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap